Gömrük Komitəsində kadr dəyişikliyi baş verdi

Dövlət Gömrük Komitəsində kadr dəyişikliyi baş verib.

ANS PRESS-in məkumatına görə Dövlət Gömrük Komitəsinin (DGK) Gömrük Hüquqpozmalarına Qarşı Mübarizə Baş İdarəsinə yeni rəis təyin olunub.

DGK-nin Komitənin Mətbuat Xidmətindən verilən məlumata görə, komitənin Balakən Gömrük İdarəsinin rəisi işləmiş Baba Salayev Baş İdarənin rəhbəri təyin edilib.

Bundan əvvəl Baş İdarənin rəisi işləmiş general-mayor Güloğlan Muradlı isə rəis müavini təyin olunub.

Güloğlan Muradlı-Baş İdarənin rəis müavini

Bundan başqa, indiyədək Yevlax Gömrük İdarəsinin Qəbələ Gömrük Postunun rəisi işləmiş Vüqar Qismətov Balakən Gömrük İdarəsinin rəisi olub. V. Qismətovun yerinə isə Sərxan Səfərli gətirilib.

Komitədən o da bildirilib ki, bu adi prosedur qaydadır: “Bu, Komitə daxilində adi yerdəyişmədir və mütəmadi olaraq baş verir”. …read more

From:: ANS