Partlayışda azərbaycanlıların olub-olmadığı araşdırılır

Türkiyənin İstanbulşəhərində bu gün səhər saatlarında baş verən terror aktı nəticəsində xəsarət alanlar arasında Azərbaycan vətəndaşı olub-olmadığı araşdırılır. Bunu ANS PRESS-ə açıqlamasında XİN rəsmisi Hikmət Hacıyev deyib. Onun sözlərinə görə, bu barədə Azərbaycanın İstanbuldakı Baş Konsulluğa məlumat verilib. Onlar araşdırma aparırlar.

Bu gün səhər saat 10 radələrində (Azərbaycan vaxtı ilə 12) İstanbul şəhərindəki Sultan Əhməd Meydanında partlayış baş verib. Partlayış nəticəsində 10 nəfər ölüb, 15 nəfər xəsarət alıb. Hadisə güclü olduğu üşün ölü və yaralıların artacağı istisna deyil.

Partlayış baş verən ərazi

Adıçəkilən ərazi turistlərin ən çox toplaşdığı yerlərdən biri olub.

Hadisənin kim tərəfindən törədildiyi bəlli olmasa da, deyilənlərə görə, üzərində bomba olan bir şəxs məscidin qarşısında toplaşmış çoxlu sayda insanın arasına girərək, özünü partladıb.

Partlayışın təsirindən ərazidə olan polis maşını aşıb. …read more

From:: ANS