Həmsədrlər Qarabağ üçün Londona gedir

Həmsədrləri Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə tənzimlənməsi istiqamətində Londonda məsləhətləşmələr aparacaqlar.

ANS PRESS-in məlumatına görə, bu barədə ATƏT-in Minsk qrupunun ABŞ-dan olan həmsədri Ceyms Uorlik özünün “Twitter” səhifəsində yazıb.

“Britaniya Xarici Əlaqələr Ofisi ilə məsləhətləşmələr aparmaq üçün Londona yola düşmüşük” – deyə Uorlik bildirib.

Headed to #London tonight for consultations with the British Foreign Office. #FCO #NKpeace

— James Warlick (@AmbJamesWarlick) 11 января 2016

ATƏT-in Minsk qrupunun həmsədri Ceyms Uorlik “Twitter” səhifəsində statusu

Uorlik bundan əvvəl Dağlıq Qarabağ münaqişəsini ABŞ Konqresinin Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsinin sədri Ed Roys ilə müzakirə etmişdi. “Xarici Əlaqələr Komitəsinə və onun sədri Ed Roysa Dağlıq Qarabağla bağlı müzakirələr aparmağa imkan yaratdığına görə təşəkkür edirəm. Biz münaqişənin həlli istiqamətində müzakirələri davam etdirməyə dair razılıq əldə etdik” – deyə C. Uorlik bildirmişdi.

Uorlik 2016-cı ildə də Azərbaycan və Ermənistan prezidentilərinin görüşəcəyinə ümid etdiyini deyib.

Prezidentlərin son görüşü dekabrın 19-da İsveçrənin Bern şəhərində baş tutub.

Ermənistan və Azərbaycanın prezidentlərinin son görüşü

Görüş ATƏT-in Minsk Qrupunun təşəbbüsü ilə təşkil olunmuşdu. Yekununa dair AATƏT-in Minsk qrupunun həmsədrlərinin yaydığı birgə bəyanatda bildirilir ki, prezidentlər nizamlama danışıqlaranının davam etdirilməsinə hazır olduqlarını təsdiq ediblər. Onlar həmçinin Minsk qrupu formatına sadiqliklərinini davam etdirəcəklərini də bildiriblər.

Prezidentlər bu yaxınlardakı gərginliyin artmasını müzakirə ediblər və ağır texnikanın işlədilməsi ilə qurbanların, xüsusilə də mülki şəxslər arasında qurbanların olması barədə narahatlıq bildiriblər.

Həmçinin oxuyun:
Prezidentlərin görüşü başa çatdı (YENİLƏNİB, FOTO, VİDEO)

Uorlik: “Berndə razılığa gələ bilməyiblər” …read more

From:: ANS