Aşıq Telli: “Kiməsə deyə bilməzsən ki, məni sev…”

“Bu həyatda kiməsə deyə bilməzsən ki, pul verirəm, məni sev… Bunu nə maddiyyatla almaq olar, nə də başqa bir yolla. Amma bu cür sevgini, istəyi Zəlimxan qazana bilmişdi. Ölümünün üçüncü günündə karvan tək gələn insan izdihamı ilə…”. Bu sözləri ANS PRESS-ə Aşıq Telli Borçalı deyib. Aşıq Xalq şairi haqqında danışdıqca gözlərindəki yaşı, səsindəki titrəyişi gizlədə bilmirdi. Zəlimxan Yaqubun ölümündən sarsılan aşıq yeganə təsəllisinin belə bir saz, söz, şeir adamı ilə bir əsri paylaşması olduğunu deyib.

Aşıq Telli Borçalı

Aşığın həmkarı Zülfiyyə də bu gün Fəxri Xiyabanda şairi son mənzilə yola salmağa gələnlərdən idi. Aşığın sözlərinə görə, Z.Yaqub zəmanəmizin “Aşıq Ələsgəri” idi və bu həyatdan vaxtsız köçüb.

“Uzun müddət idi xəstə idi. Səhhətində tez-tez problemlər yaranırdı, lakin sonra yenidən gümrahlaşırdı. Amma bu dəfə ola bilmədi, Aşıq Ələsgər səviyyəsində olan bir şəxs ölümə təslim oldu. Amma bu ölüm də formaldır. Çünki nə qədər ki şeir, şair, saz, söz var, Zəlimxan Yaqub da illər boyu var olacaq”.

Aşıq Zülfiyyə (sağdan birinci)

Xalq şairinin dəfninə nəinki Azərbaycandan, eləcə də Gürcüstandan, Türkiyədən, İrandan, Rusiyadan, hətta Qazaxıstandan belə gələnlər var idi. Şairin Güney Azərbaycandan olan, vaxtı ilə “Dalğa ” musiqi qrupunu təsis edən dostu aşıq, şair Çingiz Mehdipur da dəfndə iştirak edib. O, Aşıq Zəlimxan Yaqubun ölümü ilə qətiyyən barışmadığını deyir.

“Zaman ona imkan tanımadı, yoxsa yenə yazar, yaradardı. Bu cür insanlar ölmürlər, ürəklərdə, beyinlərdə, yaddaşlarda yaşayırlar. O, aşıq musiqisini şah sənəti adlandırırdı. Mən düşünürəm ki, onun yaradıcılığından, yolundan gənc nəsil layiqincə istifadə edə biləcək. Beləcə onun da ruhu şad olar”.

Şair Çingiz Mehdipur

Xalq şairi yanvar ayının 9-da vəfat edib. Bu gün səhər saatlarında Təzə Pir məscidində şairlə vida mərasimi keçirilib. Mərasimdə ölkə başçısı İlham Əliyev, hökumət nümayəndələri də iştirak edib. Zəlimxan Yaqub Birinci Fəxri Xiyabanda torpağa tapşırılıb.

Dəfn mərasiminə Milli Məclisin vitse-spikeri Ziyafət …read more

From:: ANS