Türkiyədə meyiti tapılan azərbaycanlı və sevgilisinin fotosu

Türkiyədə yanvarın 8-də çaydan tapılan azərbaycanlı qadının meyitinə sahib çıxan olmayıb. ANS PRESS-in Türkiyə mətbuatına istinadla verdiyi məlumta görə, 44 yaşlı Xatirə Haqverdiyeva və onun sevgilisi olduğu iddia edilən 35 yaşlı Ekrem Dadlının meyiti Antalya şəhərinin ərazisindən keçən Manavqat çayında, bir-birindən 400 metr aralıda tapılmışdı.

Onların qətlə yetirildiyi iddia edilir. Polis itkin düşdükdən 1,5 ay sonra tapılan iki nəfərin qatil və ya qatillərini tapmaq üçün əməliyyata başlayıb.
Cəsədlər Antalya morquna aparılıb və yarılıb. Daha sonra Ekrem Dadlının cənazəsi dəfn edilmək üçün Kütahyanın Simav rayonuna aparılıb. Onun qardaşı mərhumun mobil telefonu və maşınının da yoxa çıxdığını deyib.

Xatirə Haqverdiyeva və Ekrem Dadlı

Azərbaycanlı qadının meyitini isə morqdan götürən olmayıb. Ölən kişinin dostlarının sözlərinə görə, onlar 5 aydır ki, birlikdə olublar. Aparılan araşdırmada qadının Türkiyədə qanunsuz qaldığı, onun yüngül həyat tərzi keçirdiyi üzə çıxıb. Onun Azərbaycanda 5 uşağı və iki nəvəsi olduğu bildirilir.

Polis cütlüklə bağlı önəmli məlumatlara sahib olduğunu, yaxın zamanda nəticə əldə edəcəklərini açıqlayıb. …read more

From:: ANS