Azərbaycan neftinin sirri

Dünya bazarlarında neftin qiyməti günbəgün daha da ucuzlaşmaqda davam edir.

ANS PRESS-in məlumatına görə, “Brent” markalı neftin qiyməti ucuzlaşaraq 33,07 dollara düşüb. “Texas” (WTI) markalı neftin bir barelinin qiyməti isə hazırda 32,55 dollardır.

Dünya birjalarında neftin ucuzlaşması Azərbaycana məxsus qara qızılın qiymətinə də təsir etsə də, “AzəriLayt” markalı neft digərlərindən daha baha – 34,00 dollara satılır.

Hər gün neftin dünya bazarındakı qiymətindən əsasən “Brent”, “Texas” və “AzəriLayt” markaları ilə xəbər tuturuq. Amma “Brent”, “Texas” neft markalarının qiymətlərinə nəzər saldıqda “AzəriLayt”dan daha ucuz olduğunu görərik.

Bu hal, demək olar ki, hər gün yaşanır. Xəzər dənizindən çıxarılan neftin dünya bazarına baha qiymətə satılması Azərbaycan iqtisadiyyatı üçün sərfəlidir.

“AzəriLayt” markalı neftin digərlərindən baha satılmasını şərh edən Xəzər Enerji və Ətraf Mühit Mərkəzinin rəhbəri, iqtisadçı Elnur Sultanovun sözlərinə görə, bunun əsas səbəblərindən biri Azərbaycan neftinin tərkibində sulfit turşusunun (H2S) az olmasıdır.

Elnur Sultanov – iqtisadçı

“Neft əsas iki kriteriyaya – ağırlığına və sulfit turşusunun miqdarına görə dəyər qazanır. Sulfit turşusunun miqdarı nə qədər çox olursa, qiymət bir o qədər az olur. Ona görə də “AzəriLayt” neftinin qiyməti dünya bazarında bahadır”.

Elnur Sultanovun sözlərinə görə, sulfit turşusu çox olan neftdə hasilat zamanı problemlər yaranır. “Məsələn Qazaxıstanın “Kaşağan” neft yatağı Azəri – Çıraq – Günəşlidən 5 dəfə böyük olduğu halda, Kaşağanda sulfit turşusunun miqdarı çox olduğu üçün boru xətləri tez bir vaxtda istismara yararsız hala gəlir. Bu halın baş verməməsi üçün külli miqdarda maliyyə vəsaiti xərclənilməlidir”.

İqtisadçı sulfit turşusunun böyük bir iqtisadi əhəmiyyəti olmadığını bildirdi. “Maddə heç bir işə yaramadığı üçün Qazaxıstan onu səhrasında yaradılan anbarlarda saxlayır. Həmçinin Azərbaycan nefti daha yüngül olduğu üçün baha qiymətləndirilir. Venesuela neftinin 1 bareli ilə Azərbaycanın …read more

From:: ANS