Patriarx Kirill ermənilərin arzusunu ürəklərində qoydu

Patriarx Kirill Erməni soyqırımının olmaması barədə müsahibə verib.

ANS PRESS-in məlumatına görə, Moskva və bütün Rusiyanın patriarxı bu barədə “Rusiya 1” televiziya kanalında Milad bayramı ərəfəsində verdiyi müsahibəsində deyib.
O, Yaxın Şərqdəki vəziyyət haqqında danışıb.

Kirillin sözlərinə görə, Suriya, İraq və digər yerlərdə xristianlar çox çətin vəziyyətə düşüblər: “Xristianlarla müsəlmanların arasında dini münasibətlər heç də hər zaman hamar olmayıb. Tarix boyu hər iki tərəf çoxlu itki verib. Amma islam dünyası heç vaxt soyqırım törətməyib. Məsələn, Osmanlı imperiyasında xristianlar da olub, amma onları heç kim məhv etməyib. Çünki dini icmalar arasında münasibətlərin bir nizamı olub”, – deyə Patriarx bildirib.

Patriarx Kirillin çıxışı

Maraqlıdır ki, Rusiya Dövlət Duması “erməni soyqırımı”nı tanıyıb. Bir müddət əvvəl isə “erməni soyqırımının inkarının kriminallaşdırılması haqqında” qanun layihəsinin müzakirəsi məsələsi gündəmə gəlib.

Bu, birinci dünya müharibəsi ərəfəsində Anadoluda yaşayan ermənilərin sistemli şəkildə məhv edildiyini irəli sürən iddiadır. Türkiyə Respublikası hadisələri sadəcə erməni-türk qarşıdurması kimi dəyərləndirərək dövlət göstərişinin olmadığını irəli sürsə də bu gün dünyanın bəzi ölkələri “soyqırımın” varlığını qəbul edib. Amma onu da nəzərə almaq lazımdır ki, qərarlar sadəcə tarixə əsaslanaraq yox, bəzi siyasi faktorların təsiri ilə qəbul edilib.
Qondarma soyqırımı tanıyan ölkələr arasında Uruqvay, Fransa, Boliviya, Çili, Livan və s. ölkələr var. …read more

From:: ANS