Zəlimxan Yaqub dəfn edildi (YENİLƏNİB, FOTO)

Yanvar ayının 9-da vəfat edən Xalq şairi Zəlimxan Yaqub dəfn edilib. Xalq şairi Birinci Fəxri Xiyabanda torpağa tapşırılıb.
Mərasimdə mərhumun ailə üzvləri ilə yanaşı hökumət nümayəndələri də iştirak ediblər.

Saat 14:13
Azərbaycanın xalq şairi, ictimai xadim Zəlimxan Yaqubla vida mərasimi başa çatıb. ANS PRESS-in məsciddə olan əməkdaşının verdiyi məlumata görə, mərasimə hökumət nümayəndələri ilə yanaşı, dövlət başçısı İlham Əliyev də qatılıb. O, şairin ailə üzvləri ilə görüşüb, onlara başsağlığı verib.

Mərhumun cənazəsi dəfn edilmək üçün Birinci Fəxri xiyabana gətirilib. Mərasimdə iştirak etmək üçün Milli Məclisin vitse-spikeri Ziyafət Əsgərov, Milli Məclisin deputatı, Ağsaqqallar Şurasının sədri Fəttah Heydərov, Daxili işlər naziri Ramil Usubov, mədəniyyət və turizm naziri Əbülfəs Qarayev və başqaları gəliblər.

Dəfn mərasimindən görüntülər

Saat 12:40
Bu gün Təzə Pir məscidində Azərbaycanın xalq şairi, ictimai xadim Zəlimxan Yaqubla vida mərasimi keçirilir. Məsciddə keçirilən vida mərasimində mərhumun yaxınları, dövlət rəsmiləri, mədəniyyət və elm xadimləri, tanınmış şair və yazıçılar və adi vətəndaşlar da iştirak edir.

Mərasimdən sonra Xalq şairi Birinci Fəxri Xiyabanda dəfn olunacaq.

Xatırladaq ki, Zəlimxan Yaqub uzun sürən xəstəlikdən sonra yanvarın 9-da dünyasını dəyişib. O, böyrək çatışmazlığından əziyyət çəkirdi. Hər iki böyrəyi olmayan ictimai xadim son vaxtlar dializ qəbul etməklə yaşayırdı.

Zəlimxan Yaqub 1950-ci il yanvarın 21-də Borçalının Bolnisi rayonunda anadan olub. 2005-ci ildə “Azərbaycanın xalq şairi” fəxri adına layiq görülən Zəlimxan Yaqub Məmməd Araz ədəbi mükafatı, “Şöhrət” ordeni və Gürcüstan Respublikasının “Şərəf” ordeni kimi bir sıra yüksək mükafatlara layiq görülüb.

2008-ci il avqust ayının 29-da Azərbaycan Aşıqlar Birliyinin sədri, 1994-cü ildən Azərbaycan Respublikası Prezidenti yanında Əfv Komissiyasının üzvü idi.

Zəlimxan Yaqubun ictimai fəaliyyəti də səmərəli olub. O, 1995-2005-ci illərdə iki çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı seçilib. Aşıqlar Birliyinin sədri kimi Zəlimxan Yaqub aşıq sənətinin inkişafında və təbliğində böyük əmək sərf edib. Şairin ədəbi-ictimai fəaliyyəti daim yüksək qiymətləndirilib. O, bir çox mükafatlara, o cümlədən Azərbaycan Respublikasının ali dövlət təltifləri …read more

From:: ANS