Azərbaycan İvanişvilinin Fondunda (YENİLƏNİB)

Azərbaycan Respubilikası Dövlət Neft Fondu (ARDNF) Gürcüstanın sabiq baş naziri, iş adamı Bidzina İvanişvilinin yaratdığı “Ortaq İnvestisiya Fondu” nda iştirakla bağlı açıqlama verib.

Fonddan ANS PRESS-ə verilən məlumata görə, 2013-2014-cü illərdə “Ortaq İnvestisiya Fondu” ilə tanışlıq və məlumatlandırma xarakterli görüşlər keçirilib və müzakirələr aparılıb.

“Aparılan müzakirələrin nəticəsi olaraq sözügedən investisiya fondunun ARDNF-nin investisiya planlarına uyğun olmadığı səbəbindən qeyd edilən Fonda hər hansı bir sərmayə yatırımı həyata keçirilməyib”-deyə açıqlamada qeyd olunur.

***11-30***

Gürcüstanın sabiq baş naziri, iş adamı Bidzina İvanişvili “Ortaq İnvestisiya Fondu” yaradıb.

ANS PRESS-in məlumatına görə, İvanişvili yeni fondu barədə siyasətdən getdikdən sonra verdiyi ilk müsahibəsi zamanı danışıb. Fonda müxtəlif səhmdarlar tərəfindən kapital qoyulacaq. İş adamının sözlərinə görə, sərmayədarlardan biri də Azərbaycan Dövlət Neft Fondudur.

“”Ortaq İnvestisiya Fondu”nun 9 investoru var. Fondun əsas sərmayədarları Maşkeviç, Patarkatsişvili ailəsi, Birləşmiş Ərəb Əmirliyinin iki şirkəti (Dabi Qrup və RAK Investment Authority), Azərbaycan Dövlət Neft Fondu, həmçinin Qazaxıstanın “KazTransOil”, Türkiyənin Çalık Holding AS, Çinin “Milestone” şirkətləri və mənəm. Fonddakı kapital payım 1 milyard dollardır. Bir layihə üçün investisiyanın dəyəri 5 milyon dollardan aşağı olmamalıdır. Fondun illik gəliri 15%-dən az olmamalıdır”, – deyə İvanişvili bildirib.

6 milyard maliyyə vəsaiti olan “Ortaq İnvestisiya Fondu”nun əsas məqsədi isə Gürcüstan iqtisadiyyatını inkişaf etdirməkdir. Sərmayədarların hər biri fonda yüz milyon dollardan 1 milyarda qədər kapital yatıra biləcək.

Bidzina İvanişvili – Gürcüstanın sabiq baş naziri, iş adamı

İvanişvili qeyd edib ki, fondu idarə edənlər Gürcüstanda maraqlı layihələr seçəcək və ora pul qoyacaqlar.

“Daha kiçik innovativ layihələrin həyata keçirilməsi üçün biz xüsusi kapital fondu yaradırıq. Burada layihələrin dəyəri maksimum 30 milyon dollar ola bilər”.

İvanişvili bildirib ki, fonda …read more

From:: ANS