“Edam pisdirsə siz niyə insanları asırsınız?” (VİDEO)

Azərbaycanın islam ölkəsi olmasa da bir müsəlman ölkəsi olaraq görünüşü xüsusilə indi əhəmiyyətli dərədcədə ümumi mənzərəni dəyişir.

Məsələn, yaxın 15-20 ilin ən nüfuzlu, varlı-karlı dövlətləri belə bu gün səndələyir, zəif yerlərindən vurulur… Səudiyyə Ərəbistanında icra edilmiş bir edam cəzası göstərdi ki, edam kötüyünə təkcə başlar qoyulmur.

İslam ölkələrinin qatıldığı böyük müharibəyə daha iki dövlət qatılır. Sanki bugünədək müsəmlanların cəlb olunduğu bütün irili-xırdalı toqquşmalar bu gün üçün idi. İran və Səudiyyə Ərəbistanın toquşdurmaq üçün. Səudiyyə Ərəbistanının Azərbaycandakı səfiri Müsaid bin İbrahim əs-Süleymlə söhbəti təqdim edirəm.

– Cənab səfir Səudiyyə Ərəbistanı ətrafında baş verən hadisələrin kökündə nə durur? Mən Səudiyyə Ərəbistan hökümətinin edam qərarını və bu edam qərarından sonra baş verən prosesləri nəzərdə tututram.

– Bu hadisələr ondan başladı ki, krallıqda icra olunan şəriət hökmləri barədə İran rejimi aqressiv açıqlamalar verdi. Ardınca ölkəmizin Tehrandakı səfirliyi və Məşhəddəki Baş Konsulluğu təcavuz aktlarına məruz qaldı. Onların binalarına od vuruldu. Əmlakı talan edildi. Birincisi qeyd edim ki, İran rejiminin qeyd edilən açıqlamaları onun terroru dəstəkləyən gerçək üzünü göstərir. Onun region dövlətlərində sabitliyi və təhlükəsizliyi pozmaq siyasətinin bir davamı hesab olunur. İran rejimi terrorçuları müdafiə edib, ona haqq qazandırması ilə onların cinayətlərinə şərik sayılır. Və özünün təhrikedici və gərginlik yaradan siyasətinə görə tam məsuliyyət daşıyır. İkinci məsələyə gəlincə, Krallığın səfirlik və konsulluğuna edilən hücumlar beynəlxalq norma və qanunların kobud sürətdə pozulmasıdır. Diplomotik nümayəndəliklərin, xarici konsulluqların və onların əməkdaşlarının olduğu ölkədə toxunulmazlıq, sağlamlıq və təhlükəsizliyinin təmin edilməsini tələb edən beynəlxalq konvensiya və sazişlərin ən sadə qanunlarına belə bu uyğun gəlmir.

– Sizə elə gəlmirmi ki, daha yumuşaq addım da atmaq olardı. Çünki, 2014-cü ildə çıxarılmışdır bu edam qərarı elə deyil? Yəni ilin-günün bu vaxtında, xüsusilə İslam dövlətləri arasında yaranmış gərgin münasibətlər fonunda, Əl-Riyaddın belə bir addım atması sizcə nə dərəcədə anlaşılandı.

– Məhkəmənin hökmünün məhz bu vaxt icra olunmasında planlaşdırılmış qəribə bir şey yoxdur. İlk …read more

From:: ANS