Başlı başını saxlasın… (VİDEO)

Deməli bu diversiyanın başında duranların hədəfi İran və Türkiyəni bir-birinə qarşı qoymaqdır. Qütbləşmənin tələb etdiyi mübarizə texnologiyasının şərtlərinə görə.

I və II Dünya müharibələrindən əvvəl biz bunun şahidi olmuşuq. Hamı özünə müttəfiq axtarırdı. Amma indi həmin o cahan savaşlarından fərqli olaraq hərbi blok var. NATO.

O vaxt belə bir blok yox idi. Dövlətlər bir-birilə dostlaşırdılar, müvəqqəti müttəfiqlik yapırdılar və sonra da ayrılırdılar.

Məsələn, Türkiyə II Dünya müharibəsinin əvvəlində Almaniyanın tərəfində idi. 1945-ci ildə isə Birləşmiş Ştatların diqtəsi ilə o, Almaniyaya müharibə elan etməyə məcbur oldu. SSRİ, İngiltərə, Amerika müvəqqəti birlikdə idilər. Və elə ona görə də müharibə qurtaran kimi 1946-cı ildə Çörçil bu filoloji birliyi vurub dağıtdı. İnd idə müvəqqəti ittifaqlar yaranır. Bunlardan biri də Rusiya-İran tandemidir. Amma bundan o yana getmir. Çünki kollektiv təhlükəsizlik müqaviləsi üzvləri – Rusiyanın müttəfiqləri özünü çox soyuqqanlı aparırlar. Açıq rusiyapərəst mövqe nümayiş etdirmirlər. Necə deyərlər, 3-cü Aleksandrın məntiqi işləyr.

Rusiyanın iki etibarlı müttəfiqi var – biri donanmadır, digəri ordu. İndi isə tarixdə görünməmiş alyans yaranır. Hətta Azərbaycanın parçalanmasında böyük rolu olan bu iki tarixi düşmən dövlət bu gün bir yerdədirlər.

Rusiya bəzən blok lideri kimi belə bəyanatlar verir ki, biz də varıq. Biz, yəni Rusiya, İraq, İran və Suriya. Amma aydındır ki, bu o deyil. Çünki İraq ABŞ-ın ciddi təsiri altındadır. Suriya isə bir dövlət olaraq artıq demək olar ki, yoxdur, parça-parçadır. Var Bəşər Əsəd. Yəni olsa-olsa Rusiya-İran və Bəşər Əsəd müttəfiqliyindən söhbət gedə bilər.

Əsəd isə bu halında daha çox istənilən ittifaqa kömək yox, problem artıran adamdır. Digər tərəfdə isə NATO və onun xususi qaydaları var. İndi həm də Ərəbistanının elan etdiyi sünni koalisiyası yaranır.

Unutmayaq ki, butün bu hadisələr məhz Ərdoğanın Ərəbistana səfərindən sonra vüsət aldı. Ən Nimr Ərdoğan geri qayıdandan 3 gün sonra edam olundu. Özlüyündə Ərəbistanın elan etdiyi koalisiya …read more

From:: ANS