Rusiya bundan da pis ola bilər

Rusiya iqtisadiyyatının dərin tənəzzülə girməsi riski mövcuddur.

ANS PRESS-in məlumatına görə, bu barədə baş nazir Dmitri Medvedev bəyan edib.

Medvedev hakim “Vahid Rusiya” partiyasının Ali və Baş Şuralarının geniş iclasında çıxış edərkən “Bizim üçün daha dərin tənəzzülə girmək riskləri mövcuddur” deyib.

Baş nazirin sözlərinə görə, hazırda yaranmış vəziyyət, 2008-ci ildəki böhrandan daha çətindir.

“O vaxtlar (2008-2009-cü illərdə) biz dünya ilə birlikdə böhrandan çıxdıq, hazırda isə bir sıra ölkələr iqtisadiyatımızın inkişafına maneələr törətməklə məşğuldur”.

Medvedevin sözlərinə görə, hökumət 2008-ci ildəki böhran vaxtı olduğu kimi bazardakı vəziyyətə təsir göstərməyə çalışacaq.

Qeyd edək ki, Rusiyanın İqtisadi İnkişaf Nazirliyi 2015-ci ildə ümumdaxil məhsulun həcminin 0,8 faiz azalacağını proqnoz edib. …read more

From:: ANS