Bakıda qardaş bacısını niyə boğdu? (VİDEO, TƏFƏRRÜAT)

Bakıda qardaş bacısını boğaraq qətlə yetirib.

ANS TV-nin məlumatına görə, qanlı hadisə paytaxtın Xəzər rayonu, Şüvəlan qəsəbəsində qeydə alınıb. Rayon polis idarəsindən verilən məlumata görə, Bakı şəhər sakini, 1987-ci il təvəllüdlü Tofiq Qədirov aralarında yaranan münaqişə zəminində bacısı, 25 yaşlı Ramiləni boğaraq öldürüb. Hadisə barədə qonşular xəbər tutub. Qətli törədən qardaş hadisə barədə əvvəlcə qonşusuna deyib.

Xəzər Rayon Prokurorluğundan hadisənin ailə məişət zəminində baş verdiyi bildirilib. İlkin məlumata görə, qətlə yetirilən Ramilə Qədirova qeyri-rəsmi nikahda yaşadığı şəxsdən uşaq dünyaya gətirib. Bunu eşidən Tofiq Qədirov bacısından imtina edib. Lakin kanalların birində yayımlanan verilişə çıxan Ramilə məhz onların sayəsində qardaşı ilə barışıb və üç aylıq körpəsilə birlikdə onun yaşadığı evə yerləşdirilib.

Tofiqin qayınatası Mütəllim Mirzəyevin sözlərinə görə, o, hadisəni işdə olarkən eşidib: “Qızım zəng etdi ki, Tofiq bacısını öldürüb. Mənə də zeng etdi, polis idarəsinə də. Neçə ildir ki, o, ruhi xəstədir”.

Hadisədən sonra könüllü olaraq polisə təslim olan Tofiq əməlini etiraf edib. Hazırda qətllə bağlı rayon prokurorluğunda istintaq aparılır.

…read more

From:: ANS