Coğrafiya bilikləri gülüş doğuran 9 siyasətçi

Ötən cümə axşamı Donald Tramp Tvitter icması tərəfindən lağa qoyulmuşdu. Çünki cənab Trump-ın həmin gün verdiyi bəyanatından belə görünürdü ki, o deyəsən, Parisin Almaniyada yerləşdiyini düşünür.

Onun iki ayrı hadisə barədə danışdığı və ya coğrafiyanı pis bildiyi bəlli deyil, lakin biznesmen çoxsaylı tənqidlərə cavab verməyib.

BBC coğrafiya ilə “xüsusi münasibətləri” olan daha 9 ABŞ siyasətçisinə diqqət yetirib.

1. John Kerry: Amerika diplomatları “Qırzaxıstandakı demokratik təsisatları dəstəkləyirlər”.

Massaçussets ştatının keçmiş qubernatoru, hazırkı dövlət katibi 2013-cü ildə Virciniya Universitetindəki çıxışında Mərkəzi Asiyanın iki ölkəsinin adlarını bir yerə qataraq tamamilə “yeni bir ölkə” icad etmişdi. Beləcə Qırğızıstan və Qazaxıstandan – Qırzaxıstan yaranmışdı.

2. Barack Obama-nın ABŞ-ında 58 ştat var

ABŞ siyasətçilərinin xarici ölkələr barədə səhv etmələrinin günahından bəlkə də keçmək olar, lakin onlar öz ölkərindən danışarkən, gözləntilər, əlbəttə daha tələbkar olur.

Barack Obama 2008-ci ildə keçirdiyi seçki kampaniyasında ABŞ-da mövcud olduğundan daha çox ştata baş çəkdiyini demişdi. Amerikanın 50 ştatı var, lakin Obama Oreqonda keçirilən bir tədbirdə 57 ştat gəzdiyindən söz açmışdı. “57-sində olmuşam, – demişdi prezident, – indi, məncə biri qalıb”.

3. Sarah Palin: “Siz əslində Rusiyanı Alyaskadan görə bilərsiniz”

Alyaskanın keçmiş qubernatoru bir sıra coğrafı səhvlərə yol verib, lakin o, Rusiyanı Alyaskadan göməyin mümkün olduğunu deyəndə, lap ağ edib.

Alyaskanı Rusiyadan ayıran Berinq boğazının eni 80 kilometrdir.

Xanım Palin Rusiya ərazisinə yaxınlığına görə özünün bu ölkə üzrə ən yaxşı ekspert olduğunu deyəndə bir xeyli lağa qoyulmuşdu.

Lakin Alyaskanın Kiçik Diomed adasından baxanda Rusiyanın Böyük Diomed adası doğrudan da görünür.

4. George W. Bush: “Afrika qəribə xəstəlikdən əzab çəkən ölkədir”

Oğul George Bush respublikaçı siyasətçilər arasında ən çox xətalara yox vermiş prezident kimi tanınır.

2007-ci ildə Bush İraq müharibəsinə Avstriya qoşunlarını göndərdiyi üçün Avstraliya baş naziri John Howard-a təşəkkürünü bildirmişdi.

Cənab Bush bəzən qitə və ölkələri səhv salardı. O da Paris Hilton, Joe Biden və Sarah Palin kimi düşünürdü ki, Afrika ölkədir.

5. Dan Quayle: “Biz Avropa işinə sadiqik. Biz Avropanın bir hissəsiyik”

Hələ George W. Bush-dan da …read more

From:: ANS