Azərbaycanda gəlin keçmiş qaynanasını yandırdı

Gəncədə gəlin keçmiş qayınanasının üzünə kimyəvi maddə tökərək xəsarət yetirib.

Kəpəz rayon Polis İdarəsindən verilən məlumata görə, Gəncə şəhər sakini, 33 yaşlı Ayşən Muradova şəxsi münasibətlər zəminində keçmiş qayınanası, 47 yaşlı Zenfira Muradovanın sifət nahiyəsinə məişətdə istifadə edilən təmizləyici kimyəvi maddəni tökərək xəsarət yetirib.

Zərərçəkmişə xəstəxanada ilkin tibbi yardım göstərilərək evə buraxılıb.

Faktla bağlı Gəncə şəhər Kəpəz rayon Polis İdarəsində araşdırma aparılır. …read more

From:: ANS