Beş uşaq və ana yanaraq öldü

Tatarıstanın Leninoqorsk rayonunda dəhşətli yanğın hadisəsi baş verib.

ANS PRESS-in TASS agentliyinə istinadən verdiyi məlumatına görə, gecə saatlarında Starıy Kuvak kəndində baş verən yanğında beş uşaq anaları ilə birlikdə yanaraq ölüb.

Hadisə barədə yanğınsöndürmə xidmətindən məlumat verilib. Taxtadan olan birmərtəbəli ev yanğınsöndürənlərin tezliklə yetişməsinə baxmayaraq yanaraq kül olub.

Hadisə yeri xəritədə

Məlumata görə, evdə 8 nəfərlik ailə yaşayıb, onlardan altısı uşaq, ikisi isə böyüklər olub. 1968-ci il təvəllüdlü ailə başçısı bədənin 70-75 faizinin yanığı ilə xəstəxanaya aparılıb. Uşaqlardan biri isə həmin gecə qohumlarıgildə olub. Qalan beş uşaq və ana isə alovdan canını qurtara bilməyib.

Yanğının səbəbləri hələlik məlum deyil. Hadisə yerində istintaq qrupu araşdırma aparır.

Yanvarın 3-də isə Rusiyanın Yaroslavsk rayonunda da oxşar faciə yaşanmışdı. Gecə saatlarında Pesoçnoye Rıbinsk yaşayış məntəqəsində baş verən yanğında dördü uşaq olmaqla beş nəfər yanaraq ölmüşdü. Burda da bədbəxt hadisə taxtadan tikilən çoxmənzilli evdə olmuşdu. Tamamilə yanan evdən 23 nəfər təxliyyə edilmişdi.

…read more

From:: ANS