Ölkədə uşaq sanatoriyasında yanğın olub (VİDEO)

Gecə saatlarında paytaxtın Pirallahı rayonunda uşaq sanatoriyasında yanğın olub.

ANS TV-nin məlumatına görə, Səhiyyə Nazirliyinə məxsus 3 saylı somatik uşaq sanatoriyasında, yataq otaqlarından birində qəfildən yanğın başlayıb. Sanatoriyanın tərbiyəçi müəllimi Amaliya Sadıqovanın sözlərinə görə, yanğın baş verən zaman uşaqların yemək vaxtı olduğundan onlar yeməkxanada imiş.

Dərhal hadisə yerinə FHN-in Pirallahı rayon Dövlət Yanğından Mühafizə hissəsinin bir neçə yanğınsöndürən maşını və canlı qüvvəsi gəlib. Vaxtında müdaxilə ilə yanğının digər yataq və sinif otaqlarına keçməsinin qarşısı alınıb. Məlumata görə, yanğına sərinləşdirici qurğunun elektrik naqillərində yaranmış qısaqapanma səbəb olub.

Hadisə baş verən zaman sanatoriyadan 16-sı uşaq olmaqla 24 nəfər təxliyə edilib. Onlar təhlükəsiz yerə aparılıb. Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, yanğın 225 kvadratmetr sahəsi olan 2 mərtəbəli sanatoriyanın 40 kvadratmetrini əhatə edib. Hadisə zamanı xəsarət alan olmayıb.

…read more

From:: ANS