Tibb bacısına sataşan xəstəni həkim öldürdü (VİDEO)

Rusiyada həkim bir zərbə ilə xəstəni qətlə yetirib.

ANS PRESS-in məlumatına görə, Belqorod şəhərinin 2 saylı xəstəxanasının Terapiya şöbəsinin həkimi pasiyentlərdən birini döyərək öldürüb. Buna səbəb isə xəstənin tibb bacısına sataşması olub.

Hadisənin 2015-ci il dekabrın 29-da baş verməsinə baxmayaraq, otaqda olan nəzarət kamerasının lentə aldığı görüntülər bu günlərdə sosial şəbəkələrdə yayılıb. Görüntülərdə həkimin otağa daxil olduğu və bu zaman xəstənin onu müayinə edən tibb bacısının sinəsinə toxunduğu görünür. Bunun səbəbini tibb bacısından soruşandan sonra terapiya şöbəsinin həkimi xəstəni dartaraq başqa bir otağa aparmaq istəyir.

Hadisədən görüntülər

Lakin otaqdan çıxmaq istəməyən xəstəyə həkim başından zərbə yetirib. Bundan sonra huşunu itirən xəstə yerə yıxılıb. Hirsi soyumayan həkim ona mane olmağa çalışan digər bir insanı da döyüb.

Hadisə yerinə gələn digər həkimlər həkimi sakitləşdirməyə çalışıblar və yerə yıxılan xəstəyə kömək etmək istəyiblər. Lakin pasiyent aldığı zərbədən keçinib.

Hal-hazırda Rusiya İstintaq Komitəsi faktla bağlı cinayət işi açıb.

Belqorod, Rusiya

Analoji hadisə ötən ilin sentyabr ayında Bakıda da baş verib. Hadisə Xətai rayonunda yerləşən 7 saylı poliklinikada qeydə alınıb. 73 yaşlı Tacirə Məmmədova müayinə üçün poliklinikaya gedib. Müayinə zamanı T.Məmmədova Tamilla adlı həkim tərəfindən döyülüb. Xoşbəxtlikdən bu hadisədə pasiyent sağ qalıb.

Zərərçəkən Xətai Rayon Polis İdarəsinə (RPİ) şikayət edib. Hadisənin hansı səbəbdən baş verməsi haqqında məlumat yoxdur. …read more

From:: ANS