İŞİD üzvü anasının başını kəsdi (FOTO)

İŞİD terror qruplaşmasının döyüşçüsü dindən dönüklüyə görə öz anasını edam edib.

ANS PRESS-in məlumatına görə, bu barədə Suriya yerli hüquq müdafiə təşkilatı məlumat yayıb.

Hadisə Suriyanın Rakka şəhərində baş verib. Verilən məlumata görə, 20 yaşlı terrorçu Ali Sakr yüzlərlə Rakka sakini qarşısında qarşısında anası 40 yaşlı Leena əl-Kasemi nümayişkəranə şəkildə öldürüb.

Ali Sakr – İŞİD terrorçusu

Qadını dinə dönüklükdə günahlandıran oğul anasının cəzalandırılması üçün yerli İŞİD liderinə müraciət edib. Daha sonra isə şəriət qaydası ilə qadını edam edib.

Qadın oğlu Ali Sakra terrorçulardan ayrılaraq ölkədən getməyi xahiş edib. Suriya İnsan Haqqları Təşkilatının üzvu olan qadın oğlunu xilas etməyi düşünsə də, oğul terror qruplaşmasını anasından üstün tutaraq qadını öldürüb.

Ruqiyyə Həsəni

İki gün əvvəl İŞİD terror qruplaşması qadın jurnalist Ruqiyyə Həsəni edam edib. Bu barədə Suriya jurnalist təşkilatı “Syria:direct” bildirib. Təşkilatın məlumatına görə, bu artıq oktyabr ayında edam olunan beşinci müxbirdir. Ruqiyyə Həsəni “Raqqa is Being Slaughtered Silently” (“Rəqqanın səssiz məhv edilməsi”) qrupu ilə əməkdaşlıq edirmiş. Qız terrorçular tərəfindən tutulan şəhərdə gündəlik həyat haqqında sosial şəbəkələrdə məlumatlar paylaşırmış.

Rakka şəhəri xəritədə

Keçən il dekabrın sonlarında yayılan məlumata görə, İŞİD terror qruplaşmasi bir il ərzində İraqın şimalında 837 qadını edam edib. Bu barədə Niyneva əyalətinin polis generalı Zanun əl-Sabavi bildirib. …read more

From:: ANS