5 uşağı girov götürən kişi evini partlada bilər (YENİLƏNİB)

Rusiyanın Omsk vilayətində girov götürülən 5 uşaq azad edilib. ANS PRESS-in Rusiya mətbuatına istinadən məlumatına görə, girov götürülən uşaqların 34 yaşlı kişinin öz uşaqları olduğu müəyyən edilib. Həmin adam polisə zəng edərək uşaqları olan mənzili partladacağı ilə hədələyib.

Hadisə yerinə xüsusi xidmət orqanlarının əməkdaşları gəldikdən sonra danışıqlar vasitəsilə onu fikrindən daşındırmaq mümkün olub və kişi təslim olub.

İnsident iki mənzilə ayrılmış birmərtəbəli fərdi evdə baş verib. Polisin məlumatına görə, uşaqlarını girov götürdüyünü bildirən kişinin psixi durumunda problem olmayıb.

O, hərəkətini ailədaxili münaqişə ilə izah edib. Polis onu sərbəst buraxıb.

Saat 16:44
Rusiyanın Omsk vilayətində yerli sakinin 5 uşağı girov götürməsi barədə xəbər yayılıb.

ANS PRESS-in Rusiya KİV-nə istinadən məlumatına görə, vilayətin Oktyabr dairəsində çoxmərtəbəli binada naməlum kişi beş uşağı girov saxladığını bildirib və onların olduğu mənzili partladacağı ilə hədələyib.

Bəzi mənbələrdə isə naməlum şəxsin üzərinə yandırıcı maddə tökdüyü, özünü yandıracağı ilə hədələdiyi bildirilir. Həmin adamın nə istədiyi barədə hələlik dəqiq məlumat verilmir.

Hadisə yerinə dərhal polis əməkdaşları və xilasetmə xidməti yollanıb.

Bənzər hadisə 3 gün öncə ABŞ-da da yaşanıb. Yanvarın 5-də Amerikanın İllinoys ştatının De-Kalb şəhərində naməlum kişi moteldə 11 uşaq və qadını girov saxlamışdı.

Polisin hadisə yerində əməliyyatından sonra bıçaqla silahlanmış kişi ələ keçməmək üçün özünə ciddi xəsarət yetirib ağır yaralanmışdı.

Amerikada moteldə 11 uşağın girov götürüldüyü yer

Yerli polisin məlumatına görə, insident mübahisə nəticəsində baş vermişdi. Qadınla mübahisə edən naməlum kişi daha sonra moteldəki qonaqlarla otağa girərək qapını bağlamış və onlara xəsarət yetirəcəyi ilə hədələmişdi. …read more

From:: ANS