Mərkəzi Bank dollarla bağlı yeni məzənnə açıqladı

Manatın yanvarın 11-nə olan məzənnəsi açıqlanıb.

ANS PRESS-in məlumatına görə, Azərbaycan Mərkəzi Bankı 11.01.2016-cı il tarixinə USD/AZN rəsmi məzənnəsini 1,5642 səviyyəsində müəyyən edib.

Qeyd edək ki, yanvarın 8-nə AMB-nin USD/AZN rəsmi məzənnəsi 1,5642 səviyyəsində müəyyən olunub.

Bu gün Azərbaycanda ABŞ dollarının məzənnəsi yenidən qalxıb. Ötən gün sabit qalan dollar bu gün 1.5642 manat olub. Ötən gün bu rəqəm 1.5626 manat idi.

Avronun məzənnəsində iki günlük sabitlikdən sonra bahalaşma qeydə alınıb. İndi bir avro 1.7009 manatdır. Ötən gün isə 1.6796 manat idi.

Rusiya rublu da ucuzlaşıb. Rubl 0.0213 manatdan 0.0209-a düşüb.

Azərbaycan Mərkəzi Bankı (AMB) İdarə Heyətinin dekabrın 21-də üzən məzənnə rejiminə keçidlə bağlı qəbul etdiyi qərar manatın yenidən dollar qarşısında ucuzlaşmasına səbəb olub.

Uzunmüddətli xarakter daşıyan xarici iqtisadi şokların güclənməsini nəzərə alaraq tədiyə balansının tarazlaşdırılması, ölkənin valyuta ehtiyatlarının kritik səviyyədə qorunması, milli iqtisadiyyatın beynəlxalq rəqabət qabiliyyətinin təmin olunması məqsədilə Mərkəzi Bankın İdarə Heyəti 21 dekabr 2015-ci il tarixində üzən məzənnə rejiminə keçilməsi barədə qərar qəbul edib.

Bu qərara əsasən, manatın məzənnəsi başlıca olaraq valyuta bazarında tələb və təklifin nisbətini müəyyən edən fundamental amillərin təsirinə uyğun olaraq formalaşacaq. Mərkəzi Bankın valyuta bazarında iştirakı isə bu rejimə uyğun həyata keçiriləcək.

Üzən məzənnəyə keçid haqda qərar fevraldan sonra ikinci dəfə manatın ABŞ dollarına qarşı kəskin ucuzlaşmasına səbəb olub. …read more

From:: ANS