Avropanın Azərbaycana verdiyi şans

Türkiyənin Azərbaycana viza tətbiq edə bilməsi ilə bağlı xəbər ən çox bu ölkəyə səfər edən vətəndaşları və turizm şirkətlərini narahat etməyə başladı.

ANS PRESS-in məlumatına görə, Avropanın bu addımı əslində Azərbaycanın yerli turizm obyektləri üçün böyük şans yaradır. Belə ki, Türkiyəyə gedə bilməyən Azərbaycan vətəndaşları tətili yerli istirahət zonalarında keçirməyə üstünlük verəcək.

2007-ci ildən Azərbaycan vətəndaşlarından Türkiyəyə turist kimi gədərkən viza tələb edilmir.

Amma ötən gün yayılan məlumatlarda Türkiyənin Avropa İttifaqı ilə imzalanan razılaşmasında ittifaqa daxil olmayan dövlətlərə qarşı viza tətbiq ediləcəyi bildirilirdi. Türkiyə 2016-cı ilin iyunundan Azərbaycanla yanaşı viza rejimini Gürcüstan, İran, Qazaxıstan, Qırğızıstan, Türkmənistan, Tacikistan, Boliviya, Livan, Özbəkistan və digər ölkələrə tətbiq edəcək.

Yeni qərarın Avropa Biriliyi ilə viza razılaşmasından sonra verildiyi bildirilirdi. Bununla da Türkiyə 89 ölkəyə viza tətbiq edəcək. Qərar əsasən Avropa Birliyinə daxil olmayan dövlətlərə aid edilir.

Türkiyənin hazırkı viza siyasəti xəritəsi

Türkiyə ilə Azərbaycan arasında dil, mədəniyyət yaxınlığı və dövlətlərarası dostluq münasibətləri vətəndaşlarımızın çoxunun qonşu ölkəyə turist kimi səfər etməsinə şərait yaradır. 2015-ci ilin may ayında Azərbaycandan Türkiyəyə gedən turistlərin sayı 2014-cü ilin müvafiq dövrü ilə müqayisədə 6,6% azalaraq 43 min 986 nəfər təşkil edib.

Bakı Turizm Ekskursiya MMC-nin meneceri Gülnar Eyvazovanın sözlərinə görə, Türkiyənin Azərbaycana viza tətbiq etməsi turizm şirkətlərinin işini çətinləşdirə bilər.

“Çünki şirkətlər vizasız gediş olduğu üçün ucuz turpaketlər təşkil edir. Amma viza tətbiq olunsa, turpaketə müəyyən qədər vəsait əlavə olunacaq. Nəticədə səfərlərin sayı azalacaq. Bu səbəbdən Azərbaycana viza tətbiq edilməsi Türkiyəyə turist kimi səfər edənlərin sayını azalda bilər”.

Gülnar Eyvazova – turizm şirkətinin meneceri

G.Eyvazova bildirdi ki, vizanın tətbiq edilməsi digər tərəfdən Azərbaycanda daxili turizmin inkişafına müsbət təsir edəcək.

“Azərbaycandan Türkiyəyə səfər edən …read more

From:: ANS