Siqaretin qiyməti bahalaşdı (SİYAHI)

Bu gündən etibarən Azərbaycanda tütün məmulatlarının satış qiyməti yenidən artıb. ANS PRESS-in məlumatına görə, mağazalarda satılan siqaretlərin satış qiymətlərində təxminən 20%-ə qədər artım müşahidə olunur.

Qiymət artımından sonra paytaxtda qeyri-müəyyən bir vəziyyət yaranıb. Bəzi mağazalar satışı yeni məzənnə ilə həyata keçirsələr də, bəzi ictimai iaşə obyektlərində tütün məlumatlarının satışı ümumiyyətlə dayandırılıb.

Satışı dayandıran mağazaların işçiləri buna səbəb kimi, qiymət artımından sonra siqaret satışı ilə məşğul olan şirkətlərin tütün məlumatlarının satışından imtina etmələrini göstərirlər.

Siqaretin bugünkü qiymətləri

Satıcılar bahalaşmaya səbəb kimi şirkətdən məhsulu baha qiymətə aldıqlarını deyirlər. Günel adlı satıcı xanım dünənə qədər 2.20 manata alıcılara təklif edilən tütün məhsulunun bu gün 2.60 manata satıldığını bildirib: “Əvvəllər 2.20 manata satdığımız tütün məhsulunun biri indi bizə 2.10 manatdan verilirdi. Bu gün isə həmin məhsulu 2.50 manatdan almışıq. Əksər siqaretlərin qiymətlərində bu artım müşahidə edilir”.

Məsələ ilə bağlı İqtisadiyyat və Sənaye Nazirliyindən isə ANS PRESS-ə hazırda tütün məmulatlarının bahalaşması ilə bağlı araşdırma aparıldığını və gün ərzində ictimaiyyətə bununla bağlı məlumat veriləcəyini bildirdilər.

Ötən il dekabr ayının 21-də Mərkəzi Bankın İdarə Heyətinin üzən məzənnə rejiminə keçidlə bağlı verdiyi qərardan sonra dollar Azərbaycan manatı qarşısında 48% dəyər qazandı. Manatın bu devalvasiyasından sonra tütün məmulatlarında 50%-ə qədər artım baş verdi. Siqaretin bu gün yenidən bahalaşması isə son bir ayda tütün məmulatlarının 2-ci bahalaşmasıdır. …read more

From:: ANS