Paytaxtda vəzifəli şəxs öldürüldü

Bakıda qətl hadisəsi baş verib. 53 yaşlı kişinin yaşadığı evdə meyiti aşkarlanıb.

Suraxanı Rayon Polis İdarəsindən ANS PRESS-ə verilən məlumata görə, Suraxanı rayonunun Hövsan qəsəbəsi Bağlar massivi adlanan ərazidə yaşayan qəsəbə sakini 1963-cü il təvəllüdlü Qalib Afil oğlu Bağırov yaşadığı evdə qətlə yetirilib.

Onu ölü vəziyyətdə ailə üzvləri aşkar ediblər. Hazırda hadisə yerinə polis və prokurorluq əməkdaşları cəlb edilib. Qətlin təfərrüatları barədə hələlik məlumat verilmir.

Öldürülən Qalib Bağırov paytaxtdakı Taxıl Kombinatının meneceri olub.

Dekabrın 5-də paytaxt ərazisində qadın 43 bıçaq zərbəsi vurularaq qətlə yetirilib.

Aparılan istintaq-əməliyyat tədbirləri nəticəsində öldürülən qadının “Jewellery” zinət əşyaları mağazasının sahibi Məryəm Nemətzadə olduğu müəyyən edilib. Hüquq-mühafizə orqanları əməkdaşlarının apardıqları araşdırmalar nəticəsində qətli mərhumun qızı Günel Hüseynova və onun xalası oğlunun törətdiyi müəyyən edilib. Artıq Günel Hüseynova və onun qətlində iştirak edən qohumları saxlanılıb.

İlkin ehtimala görə, ailə daxilində tez-tez pul üstündə mübahisə olub.

Hadisədən sonra M.Nemətzadənin qızı Günel Hüseynova izahatında evdən ona məxsus 30000 ABŞ dolları dəyərində qızıl əşyaların oğurlandığını bildirmişdi.

Günel Hüseynova – anasını öldürən …read more

From:: ANS