Türkiyə Rusiyaya əvəz tapdı – Azərbaycan

Türkiyə ilə Rusiya arasında münasibətlər gərginləşdikdən, iqtisadi sanksiyalardan sonra Türkiyə alternativ bazar axtarışlarına start verib. Bundan sonra ticarətdə Rusiyanın alternativi Qazaxıstan və Azərbaycan olacaq.

ANS PRESS-in məlumatına görə, bazar axtarışlarını davam etdirən Türkiyə Azərbaycan və Qazaxıstan ilə Güzəştli Ticarət Sazişi imzalamağa hazırlaşır.

Türkiyənin İqtisadiyyat Nazirliyi tərəfindən hazırlanan yeni yol xəritəsinə görə ilk öncə Azərbaycan və Qazaxıstan ilə müqavilə bağlanacaq. Müqavilənin 2017-ci il yanvarın 1-də imzalanacağı gözlənilir. Bundan başqa, Türkiyə artıq Pakistanla azad ticarət müqaviləsini bağlayıb.

Hazırda isə Yaponiya, Meksika, Peru və Ukrayna kimi ölkələrlə Azad Ticarət Sazişinin (STA) imzalanması nəzərdə tutulur.

Türkiyənin bundan sonra ticarət əlaqələri quracağı ölkələr

Güzəştli Ticarət Sazişində gömrük vergilərinin salınması, sənaye, kənd təsərrüfatı kimi sahələrdə qarşılıqlı sərmayələrin artırılması nəzərdə tutulur. İranla 2015-ci ilin 1 yanvarında qüvvəyə minən sazişlə Türkiyədən 140, İrandan 125 olmaqla ümumilikdə 265 adda məhsulda gömrük vergiləri azaldılıb.

Rusiya və Türkiyə arasında belə gərgin münasibətlər noyabrın 24-dən sonra yaranmağa başlayıb. Türkiyə qırıcıları Suriya ilə sərhəddə Rusiyanın Su-24 təyyarəsini vurub. Türkiyə tərəfi bunu hava məkanının pozulduğuna görə etdiyini desə də, Rusiya həmin iddiaları rədd edərək bunu “arxadan vurulan zərbə” adlandırıb.

Suriya-Türkiyə sərhədində Rusiya təyyarəsinin vurulduğu an

Elə bu səbəbdən də Rusiya Türkiyəyə qarşı bir sıra sanksiyalar hazırlayıb. Sanksiyalar yanvarın 1-dən qüvvəyə minib. Belə ki, yeni ildən ölkəyə Türkiyə məhsullarının gətirilməsi qadağan edilib, çarter avireysləri ləğv edilib, vizasız gediş-gəliş dayandırılıb, Rusiya biznesmenlərinə türk vətəndaşlarını işə götürmək qadağan olunub.

Suriya, Latakiya – Rusiya təyyarəsinin vurulduğu ərazi …read more

From:: ANS