Qalmaqallı aparıcı bu şəkli ilə hər kəsi qəzəbləndirdi (FOTO)

Tanınmış qalmaqallı teleaparıcı, Rusiyada müxalif yönlü fikirləri ilə seçilən Kseniya Sobçakın fotoları hamını təəccübləndirib.

ANS PRESS-in məlumatına görə, məşhur aparıcı Karib adalarında istirahət edir. Kseniya Sobçakın açıq-saçıq fotosu baş redaktor olduğu “L’Officiel” jurnalının “İnstaqram” səhifəsində paylaşılıb.

“Yeni il bayramı əla fürsətdir ki, gedib haradasa istirahət edəsən. Bizim baş redaktorumuz Kseniya Sobçak şansı əldən verməyərək Sen Bartda “milyonçu adası”na gedib. Hava əladır, dənizin suyu istidir”- jurnalın “İnstaqram” səhifəsində belə yazılıb.

Sen Bart adası

Jurnalın izləyiciləri Sobçakın bikinisini bəyənməyiblər. Onlar şəklin altında aparıcıya zövqsüz olduğunu yazıblar.

Kseniya Sobçak – telejurnalist

Bir müddət əvvəl Sobçak maraqlı pozada şəkil çəkdirərək 2.5 milyon izləyicisi olan “İnstaqram” səhifəsində yayıb.

Kseniya Sobçakın “İnstaqram” səhifəsi

O, əllərini yerə söykəyərək ayaqlarını yumru şarın üzərinə qoyub. Onun fikrincə, bu hərəkətin nəticəsində onun yan əzələləri gözəl görünəcək.

Teleaparıcı və aktrisa Kseniya Sobçak 5 noyabr 1981-ci ildə anadan olub. Sankt-Peterburq meri Anatoli Sobçakın və Federasiya Şurasının keçmiş üzvü Lüdmila Narusovanın qızıdır. Atası vəkil olan Anatoliy Aleksandroviç Sobçak 1991-ci ildən 1996-cı ilə qədər Sankt-Peterburqun meri olub. …read more

From:: ANS