Dostların zarafatı gəncin həyatını məhv etdi (VİDEO, FOTO)

Türkiyədə edilən zarafat 18 il sonra həmin şəxsin əlil olmasına səbəb olub.

ANS PRESS-in məlumatına görə, 34 yaşlı türkiyəli Yıldırım Kəsər artıq yeriyə bilmir, danışmaqda da çətinlik çəkir. Belə ki, 1996-cı ildə tələbə yoldaşları onu hovuza itələyiblər. Üzə bilməyən Yıldırım hovuzun dibinə gedib. Bunu görən tələbələr onu sudan çıxarıblar.

Hadisədən sonra o, normal həyatına davam edib. Universiteti bitirəndən sonra ailə qurub və 3 övladı olub.

Üstündən 18 il keçəndən sonra – 2008-ci ildə Yıldırım Kəsərin ayaqlarında və nitqində problemlər yaranıb: “İnsanlar mən yeriyəndə, danışanda mənim sərxoş olduğumu düşünürdülər”.

Həkimə müraciət edəndə isə deyiblər ki, hovuza yıxıldığı üçün onun beynində kista əmələ gəlməyə başlayıb. İndi onun beynində 4 kista var.

Artıq tamamilə yeriyə bilməyən Yıldırım Kəsər 5 nəfərlik ailəsini dolandırmaq üçün əlil arabası ilə ticarət edir. İnsanlar da onun bu hərəkətini təqdir edir, ondan mal almaqla kömək etməyə çalışırlar.

Bir Şakayla Hayatı Karardı haberler

…read more

From:: ANS