Ombudsmandan seçki ilə bağlı açıqlama

“İndiyə qədər bələdiyyə seçkilərində hər hansı pozuntularla bağlı bizə müraciət olunmayıb”.

ANS PRESS-in məlumatına görə, bu barədə jurnalistlərə açıqlamasında Azərbaycanın insan hüquqları üzrə müvəkkili Elmira Süleymanova deyib.

Lakin E.Süleymanova hansısa müraciətlərin olacağını istisna etməyib: “İndiyə qədər hansısa pozuntu halları müşahidə etməmişik, amma yenə də hansısa müraciətlərin daxil olacağını istisna etmirəm. Seçkilər qurtarandan sonra belə şeylər olur. Keçən dəfə də belə olmuşdu. Demək istəyirəm ki, bunların heç biri diqqətdən kənarda qalmır. Həmin an müraciətlər Mərkəzi Seçki Komissiyasına göndərilir və orada da lazımi tədbirlər görülür. Bildiyiniz kimi, keçən bələdiyyə seçkiləri zamanı da bir sıra seçki məntəqələrinin nəticələri ləğv olundu”.

O, əlavə edib ki, cəzaçəkmə məntəqələrində Ombudsman Aparatının nümayəndələri seçki prosesini müşahidə ediblər və oradan da hər hansı şikayət və ya narazılıq eşitməyiblər. …read more

From:: ANS