Maşının vurduğu 62 yaşlı piyada ağır yaralandı (VİDEO)

Zaqatalada piyadanın vurulması ilə nəticələnən ağır yol qəzası baş verib.

ANS TV-nin məlumatına görə, hadisə Zaqatala-Muğanlı avtomobil yolunun Aşağı Tala kəndi ərazisindən keçən hissəsində baş verib. Zaqatala rayonu Aşağı Tala kənd sakini 30 yaşlı Elgün Qardaşov idarə etdiyi “VAZ 21099” markalı avtomobillə yolu keçmək istəyən piyada, Zaqatala rayonu Göyəm kənd sakini 62 yaşlı Nəcməddin Xalayevi vurub, daha sonra isə başqa bir maşına çırpılıb.

Qəza nəticəsində xəsarət alan yaralı Nəcməddin Xalayev həmin sürücü tərəfindən Zaqatala Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Sürücü yüksək sürətlə hərəkət etmədiyini, piyadanın onun qarşısına anidən çıxdığını söyləyir.

Həkimlər xəstəxanaya yerləşdirilən 62 yaşlı Nəcməddin Xalayevin vəziyyəti isə orta-ağır qiymətləndirirlər.

Faktla bağlı Zaqatala Rayon Polis Şöbəsində araşdırma aparılır.

…read more

From:: ANS