Zidanın maaşı bəlli oldu

“Real Madrid” komandasının yeni baş məşqçisi təyin edilən Zinəddin Zidanın maaşı məlum olub.

ANS PRESS-in “Mundo Deportivo” nəşrinə istinadla verdiyi məlumata görə, yeni baş məşqçinin illik əmək haqqı 2,5 milyon avro (4 milyon 199 min manat) olacaq.

43 yaşlı fransız mütəxəssis 4 yanvarda “Real Madrid” klubunun baş məşqçisi təyin edilib.

Zidanın ilk məşqini 6 min azarkeş canlı olaraq tribunalardan izləyib.

Zinəddin Zidanın məşqçi kimi ilk görüntüləri

Klub prezidenti Florentino Perezin rəhbərliyi ilə keçirilən fövqəladə toplantıda idarə heyəti təcrübəli baş məşqçi ilə yollarını ayırıb.

Baş məşqçının İspan klubu ilə müqaviləsi 2018-ci ilə qədər qüvvədə olacaq.

Zinəddin Zidan 1998, 2000, 2003-cü illərdə dünyanın ən yaxşı futbolçusu titulunu qazanıb. Fransa yığmasının tərkibində dünya çempionu (1998) və Avropanın (2000) çempionu olub.

Karyerası ərzində, 1988-1992-ci illərdə Fransanın “Kann”, 1992-1996-cı illərdə “Bordo”, 1996-2001-ci illərdə İtaliyanın “Yuventus” və 2001-2006-cı illərdə isə İspaniyanın “Real Madrid” klublarında çıxış edib. …read more

From:: ANS