Fransanın iki GSM operatoru birləşir

Fransanın telekommunikasiya operatorları “Orange” və “Buick” vahid rəhbərlik halında birləşməyi planlaşdırır. ANS PRESS-in məlumatına görə, bu barədə şirkət rəsmiləri açıqlama veriblər.

Lakin onların sözlərinə görə, konsernlə bağlı söhbətlər hələlik ilkin mərhələdədir. “Buick” şirkəti qarşı tərəflə hələlik heç bir razılığa gəlmədiyini qeyd edib.

Tərəflər arasında razılaşma əldə olunarsa, Fransada telekommunikasiya operatorlarının sayı 4-dən 3-ə düşəcək. Ekspertlərin hesablamalarına görə, razılaşma baş tutarsa, sövdələşmənin həcmi 10 milyard dollar olacaq. …read more

From:: ANS