Azərbaycanda körpəsi olan qadınlara şad xəbər

“Son 20 ildə Azərbaycan əhalisinin sayı 26% artaraq 9,6 milyon nəfərə çatıb. Hazırda ölkə əhalisinin illik artım tempi 1,3% təşkil edir. Körpə və uşaq ölümü halları müvafiq olaraq 2,3 dəfə və 3,5 dəfə azalıb, doğulanda gözlənilən ömür uzunluğu isə 4,6 il artaraq 74,2 yaşa çatıb”. ANS PRESS-in məlumatına görə, bunu Yeni Azərbaycan Partiyasının saytına müsahibəsidə əmək və əhalinin soail müdafiə naziri Səlim Müslümov deyib.

O, qeyd edib ki, bu müsbət demoqrafik tendensiya nəzərə alınmaqla nazirlik tərəfindən 2014-2025-ci illəri əhatə edən növbəti “Azərbaycan Respublikasının demoqrafiya və əhali sakinliyinin inkişafı sahəsində Dövlət Proqramı”nın layihəsi hazırlanıb və yaxın vaxtlarda hökumətə təqdim ediləcək. Bu Proqram ölkədə demoqrafiya və əhali sakinliyinin inkişafını 2025-ci ilədək dövr üçün stimullaşdıracaq.

Eyni zamanda “Ahıl vətəndaşların sosial müdafiəsinin gücləndirilməsinə dair Dövlət Proqramı”nın layihəsi hazırlanır. Layihənin hazırlanmasında ahılların layiqli həyat sürmələri ilə bağlı mütərəqqi beynəlxalq yanaşmalar əsas götürülür. “Azərbaycan Respublikasında əməyin təhlükəsizliyi və sağlamlaşdırılması üzrə Milli Strategiya”nın layihəsi də bu ilin oktyabrında artıq hökumətə təqdim edilib. Nazirin sözlərinə görə, layihədə Əməyin Mühafizəsi üzrə Milli İnformasiya Mərkəzinin, Dövlət Əməyin Mühafizəsi Fondunun, əməyin mühafizəsi vasitələrini istehsal edən müəssisələrin yaradılması, əməyin mühafizəsi üzrə mütəxəssislərin hazırlanması üçün təhsil müəssisələrinə dövlət sifarişlərinin verilməsi və s. kimi mühüm yeniliklər nəzərdə tutulur. Strategiya qəbul edildikdən sonra onun icrası üçün Dövlət Proqramı hazırlanacaq.

“İstehsalatda baş verən bədbəxt hadisələrin təhqiqi və uçota alınması qaydaları”nın təkmilləşdirilməsi üçün də müvafiq işlər aparılır. Digər tərəfdən, “Dəyişdirilmiş Avropa Sosial Xartiyası”nın qadın və kişilərə bərabər imkanlar prinsipinə uyğun olaraq, qadınların işləməsi qadağan edilən iş yerlərinin siyahısının ləğv olunması, yalnız hamilə və yaş yarımadək uşağı olan qadınların işləməsi qadağan edilən iş yerlərinin müəyyən olunması üçün əmək qanunvericliyində dəyişiklik edilməsi gözlənilir. …read more

From:: ANS