İŞİD məqbərələri partladaraq klip çəkdi (VİDEO)

Sosial şəbəkələrdə İŞİD terror qruplaşmasının daha bir neçə türbəni partlatmasını əks etdirən video klip yayılıb.

ANS PRESS-in məlumatına görə, iyun ayından bəri İraqın Səlahəddin şəhərini nəzarət altında saxlayan qruplaşma üzvləri burda sünnilərin qəbristanlığına hücum ediblər.

Məzarları və məqbərələri müxtəlif üsullarla məhv edən qruplaşma üzvləri bunun Allaha şərik qoşmaq olduğunu iddia ediblər.

Məqbərələri partlayıcı qurğu, ağır texnika və çəkiclə uçuran İŞİD üzvləri bu hərəkətlərini videoya çəkərək xüsusi effektlərlə klip hazırlayıblar.

Terrorçuların xüsusi canfəşanlıqlayerinə yetirdikləri bu hərəkətləri “Allahu Əkbər!” nidaları ilə müşayiət olunub.

Təsirli bir səsə malik olan aparıcı isə məqbərələrin Allaha şərik qoşmaq mənasına gəldiyini ifadə edən hədislər səsləndirir.

…read more

From:: ANS