Azərbaycanlılar ayağa qalxdı (FOTO)

Bu gün Tiflis yaxınlığındakı Poniçala kəndində 23 yaşlı azərbaycanlı gəncin qətli ilə bağlı aksiya keçirilib. ANS PRESS-in məlumatına görə, aksiyaya səbəb kənddə vəhhabi təriqətinə məxsus azərbaycanlının öz dostunu qətlə yetirməsi olub. Qətlə yetirilən Fikrət Əhmədovun yaxınları və kənd sakinləri bu gün keçirdikləri aksiyada radikal cərəyanların yayılmasına etiraz ediblər.

Etiraz aksiyasına yalnız Poniçala kəndinin deyil, ətraf yaşayış məntəqələrinin də sakinləri toplaşıb. Aksiyaya 23 yaşlı kənd sakini Fikrət Əhmədovun qətli səbəb olub. İnsanlar qətlin dini zəmində törədildiyini bəyan edərək yerli dövlət orqanlarından bölgədə yayılan radikallığın aradan qaldırılmasını tələb edirdilər.

“Bu radikalizm fikirləri sürətli şəkildə burada inkişaf etməkdədir. Biz də istəmirik ki, bunu. Bizim məntəqəmiz şiə məntəqəsidir, biz gözümüzü açmışıq, şiə böyümüşük. Kimsə fikrini dəyişməkdə azaddır, məzhəbini dəyişə bilər, dinini dəyişə bilər. Amma bizim, yəni şiəliyin əleyhinə fikirlər söyləyirlər və biz bunun bu gün nəticəsini görürük”, kənd məscidinin axundu Rahid Kərimov bildirdi.

Mənbə: APA

Kənd sakinləri iddia edir ki, Fikrət Əhmədovun qətlinə onun Gürcüstanın İmedi televiziyasına radikal cərəyanlarla bağlı verdiyi müsahibə səbəb olub. Onu qətlə yetirən isə mərhumun keçmiş dostu, hazırda isə radikal cərəyanlara qoşulmuş Ramin İsayev olub.

Bu məsələlərdə ittiham edilən tərəfin də fikirlərini eşitmək istərdik. Lakin təəssüf ki, həmin insanların ibadət etdikləri məscid bağlıdır və burada heç kimi tapa bilmədik.

Bu qətl Gürcüstanda ciddi əks-sədaya səbəb olub. Gürcüstanın müxtəlif dairələrində ölkədə radikallığın yayılmasından narahatlıq ifadə olunur. Ölkədə bir vaxtlar dini radikalizmin geniş yayıldığı Pankisi dərəsini və hüquq-mühafizə orqanlarının böyük əziyyət hesabına bunun qarşısını aldığını tez-tez xatırlayırlar. İŞİD-in bu yaxınlarda Gürcüstanı hədələməsini yada salan yerli kütləvi informasiya vasitələri gələcəkdə bunun real təhlükəyə çevriləcəyindən narahatdırlar.

Mənbə: APA …read more

From:: ANS