Bu da sürücüsüz maşın (FOTO)

Dünyanın ilk sürücüsüz maşını hazırdır. ANS PRESS-in məlumatına görə, “Google” çalışan ilk sürücüsüz maşın prototipini dünyayla paylaşdı.

Şirkət may ayında da bənzər görünüşə sahib avtomobili nümayiş etdirmişdi. Lakin o zamankı maşının ilkin variantı olub və adi faraları belə olmayıb.

“Google” son yeddi ayda ilkin variantın üzərində işləyib, onun əyləc, sükan, sensorla idarə sistemini mükəmmələşdirməyə çalışıb.

Tətil günlərində maşının test yürüşləri keçiriləcək. Yeni ildə isə sürücüsüz ilk maşını Şimali kaliformiya küçələrində görmək mümkün olacaq.

…read more

From:: ANS