Səhnəmizin ilk Leylisinin ad günüdür

Bu gün Azərbaycanın opera müğənnisi, əməkdar incəsənət xadimi Əhməd Bəşir oğlu Bədəlbəylinin (Ağdamski) dünyaya gəlməsindən 132 il ötür.

Əhməd Ağdamski 1884-cü ilin soyuq qış günü, yəni yanvar ayının 5-də Şuşa şəhərində ziyalı ailəsində dünyaya göz açmışdı. Əhməd Bədəlbəyli hələ kiçik yaşlarında ikən teatra çox böyük maraq göstərirdi. O, teatr həvəskarları dərnəyinin, xalq mərasim tamaşalarının fəal iştirakçıları sırasında öz bacarığını səylə nümayiş etdirirdi. 1910-cu ildə “Nicat” Xeyriyyə Cəmiyyətinin teatr truppasında səhnə fəaliyyətinə başlayıb. Teatrda çalışdığı illərdə o, Hüseynqulu Sarabski, Hüseyn Ərəblinski, Mirzəağa Əliyev, H.Hacıbababəyov və sair sənət fədailəri ilə dostluq, əməkdaşlıq edirdi. Üzeyir Hacıbəyov teatr səhnəsində qadın aktrisaları olmadığı üçün çalışırdı ki, öz opera və musiqili komediyalarında qadın rolları az olsun və ya heç olmasın. Bu isə necə deyərlər, vəziyyətdən çıxış yolu demək deyildi. Şərq aləminin ilk operası olan “Leyli və Məcnun” operasını səhnəyə qoyanda başlıca məsələ Leyli rolunun ifaçısını tapmaq idi.

“Leyli və Məcnun” operasının 1909-cu ildəki proqramı. Ağdamskinin adı “Leyli” rolunda “Miri” kimi qeyd olunub.

Üzeyir bəyin anası Şirin xanımla Əhməd Bədəlbəylinin anası Əzizə xanım doğma bacı idilər. Üzeyir bəy xalası oğluna üz tutur. O zaman onun ən böyük arzusu müəllim olmaq idi, lakin teatra olan məhəbbət onu səhnəyə gətirib çıxarır. O illərdə Əhməd tələbə idi, tələbələrin teatrda oynamaları bir yana, axşam tamaşalarına baxması üçün belə xüsusi icazə olmalıydı. Belə bir icazə alınır və Əhməd bəy Leylini oynamağa başlayır. Tanınmasın deyə, adını “Miri” yazdırır. Sonralar isə səhnə təxəllüsü olaraq özünə Ağdamski soyadını götürür.

1915-ci il 116 saylı “Kaspi” qəzetində:
“Bu gecə Leyli rolunda çıxan Ağdamski öz istedadının ən yüksək mərhələsində idi. Artistin səsi əla idi. Tamaşaçılar onu arası kəsilmədən alqışlayırdılar”.

Ağdamski “Leyli” rolunu ifa edərkən dəfələrlə səhnədən düşməyən “Leyli və Məcnun” operasında baş rolların ifaçılarının ifasını 1916-cı il 22 Dekabr tarixli “Kaspi” qəzeti öz səhifələrində belə yazır: “Leyli rolunda ölüm səhnəsini xüsusi ilhamla oynayan Ağdamski …read more

From:: ANS