Regionda ciddi müharibə təhlükəsi (VİDEO)

Dünyanın diqqət mərkəzi Səudiyyə Ərəbistanı ilə İran arasında baş verən toqquşmaya yönəlib. Bu toqquşmanı təhlükəli edən məqamlardan biri də bu münaqişəyə təriqətçilik donunun geyindirilməsidir.

Çünki, bu proses baş verərsə, artıq münaqişə iki dövlət arasındakı münaqişə yox, İslam dünyasının münaqişəsinə çevrilə bilər. Bəs, bu baş verəcəkmi?

Politoloq Tofiq Abbasov “Nəzər Nöqtəsi”nin qonağı olub.

– Yəqin ki, bu prosesdə artıq günahkar hansı tərəfdir sualına cavab axtarmaq mənasızdır. Çünki hadisə artıq baş verib. Məhz bu böhran təriqətlərin toqquşmasıdır, yoxsa regionda güc uğrunda mübarizə?

– Əslində dünyada elə qüvvələr var ki, çoxdandır ki, o təriqətlərin toqquşmasını həm arzulayırlar, həm də gerçəkləşdirmək istəyirlər. Hesab edirəm ki, bu baş verənləri gərək biz sırf giyosiyasi müstəvidə nəzərdən keçirək. Çünki islam dünyasında, ümumiyyətlə Yaxın Şərqdə hansı dövlətin mövqeyi daha güclüdür, hansı ölkə gələcəyin konturlarını cızıb və s. bu kimi suallar artıq gündəmdədir. Bir neçə ildir ki, Səudiyyə Ərəbistanı, İran, Türkiyə arasında bu liderlik iddiası müəyyən edilməkdədir. Məsələ burasındadır ki, Səudiyyə Ərəbistanı ilə İran arasında gedən bu qarşıdurma uzun illərdir ki, davam edir. Hələ İranda şah rejimi dönəmində bu iki ölkə arasında rəqabət vardı. O dönəmdə həm İran şahı, həm də Səudiyyə Ərəbistanı Amerika Birləşmiş Ştatlarına daha yaxın idi. Məhz körfəzdə şelfin müəyyən edilməsində, yəni hansı ölkənin hansı çıxışlara sahib olması və s. bu kimi ixtilaflar vardı. Lakin bu ixtilaflar qısa bir zamanda öz həllini tapmışdı. Ancaq İranda İslam İnqilabı baş verdikdən sonra artıq bu iki ölkə açıq şəkildə mübarizə yoluna çıxdılar.

Xatırladım ki,1980 və 1988-ci illərdə İranla İraq arasında amansız bir müharibə gedirdi. Məhz Səudiyyə Ərəbistanı İraq hökümətinə rəsmi Bağdada həm maddi, həm də silah-sursat baxımından kömək etdi. Məhz onda o, islam inqilabının xofu bu ölkələrdə baş qaldırmışdı. Onlar istəyirdilər ki, İran presidenti bir növ dəf edilsin. Lakin bu baş vermədi. Qeyd edim ki, İran-İraq müharibəsi zamanı İraqın 19, İranın isə Suriya olmaqla …read more

From:: ANS