Ruslara məsləhət – Azərbaycana gedin

Azərbaycanın şimal qonşusu Rusiyanın milli valyutası olan rublun devalvasiyası, Türkiyə ilə münasibətlərin gərginləşməsi və Avropa İttifaqına biometrik vizaların verilməsindən sonra rusların istirahət üçün ölkə seçimləri məhdudlaşıb.

ANS PRESS-in məlumatına görə, ruslar bundan sonra qış tətilini keçirmək üçün Türkiyəyə, Avropaya yox başqa ölkələrə üz tutmalı olacaqlar.

Rusiya əhalisinin qış tətilini harada keçirməsi ilə bağlı bir sıra yeni ölkələr təklif edilir. Siyahıda xüsusən dil baxımdan problem yaşanmayacaq, yüksək səviyyəli xidmət təklif edən ölkələr yer alıb. Rusların bundan sonra daha çox üz tutmaları məsləhət görülən qış turizm – dağ-xizək kurortları aşağıdakılardır:

Siyahıda ilk yerdə Azərbaycanın adı göstərilib. Daha öncə ölkəmizə gəlməyənlər üçün, əslində, bu, çox faydalı olacaq. Çünki onlar Azərbaycanda yaradılan qış turizmi imkanlarından faydalana, gözəl xizək kurortlarından istifadə edə bilərlər. Bununla yanaşı onlar dil problemi ilə də üzləşməyəcəklər.

Buradakı mehmanxanalar da öz rahatlığı ilə fərqlənirlər. Bundan başqa, xidmət də yüksək səviyyədədir. Hətta qar təmizləyənlər gecə səhərə qədər çalışırlar ki, qonaqlar növbəti gün hava şəraitindən asılı olmayaraq rahat istirahət edə bilsinlər. Ruslar Azərbaycanda 90 gün qala bilərlər.

Ruslara təklif olunan digər ölkə Qazaxıstandır. Bu ölkənin ən məşhur dağ xizək kurortu Çimbulakdır. O, daha çox öz buz stadionuna görə tanınır. Bu istirahət məkanı Alma-Atadan 25 kilometr aralıda yerləşir. Bura xizəkçilər üçün əsl istirahət yeridir. Çimbulakda çoxlu ekstremal döngələrə də rast gəlmək olar.

Çimbulak – Qazaxıstan

Siyahıda Serbiyanın da adı var. Bu ölkədə ən böyük dağ xizək kurortu Kapaonuka getmək məsləhət görülür. Buraya gələn insanlar idmanla məşğul olmaqla yanaşı, eyni zamanda, bitki aləmindən də həzz ala bilərlər. Serbiyaya vizasız giriş xarici pasport üzrə 30 gündür.

Kapaonuk – Serbiya

Siyahıda həmçinin Belarus, Qırğızıstan, Monteneqronun da adları var.

Əslində Rusiyanın belə bir siyahı tərtib etməsi əbəs yerə deyil. Bundan əvvəl ruslar qış istirahəti üçün daha çox Türkiyəyə – Uludağ, Palandökən kimi zonalara üz tuturdular. Lakin …read more

From:: ANS