“Charlie Hebdo”dan dünyanı alt-üst edəcək karikatura

Qalmaqallarla məşhur fransız satirik jurnalı “Charlie Hebdo” yenidən müsəlman aləmini qarışdıracaq xüsusi nömrəsini buraxmağa hazırlaşır.

ANS PRESS-in xarici mətbuata istinadən məlumatına görə, jurnal bu dəfə üz səhifəsində “Terrorçu Allah” karikaturasını nəşr edəcək. Ağ-qara şəkildə uzun ətəkli paltar geyinmiş ağsaçlı kişi təsvir edilib. Onun kürəyində avtomat Kalaşnikov göstərilib, saqqalı, üst-başı isə qan ləkələrinə boyanıb. Şəkilaltı söz kimi isə bunlar yazılıb: “Bir il keçib, amma qatil hələ azadlıqdadır”.

“Charlie Hebdo”nun xüsusi nömrəsi üçün hazırlanan karikatura

Karikaturanın müəllifi jurnalın redaktoru Loran Surissodur. Jurnal bu nömrəni redaksiyaya hücumun ildönümü münasibətilə hazırlayır. Jurnalın xüsusi nömrəsi çərşənbə günü nəşr ediləcək. Bazar ertəsi isə artıq BFM TV telekanalında bu barədə məlumat verilib.

Fransada artıq nəşrin əməkdaşlarını belə şəkil çəkdikləri üçün tənqid ediblər. İslamafobiya ilə Mübarizə Milli Mərkəzinin rəhbəri Abdulla Zəkri bu karikaturanı yaradanları qınayıb. O bildirib ki, şəklin müəllifləri terrorizmi pisləməkdən daha çox ümumi dinə qarşı çıxırlar. “Mən xatırlatmaq istərdim ki, biz həmin vaxt terror hücumunu pisləyərək dəstək olduq, nümayişlərə çıxaraq birliyimizi göstərdik. Fikrimcə, bu redaksiya məqaləsi dinə qarşı çox qəddar və təhqiredici addımdır”, – deyə islam dininin təmsilçisi vurğulayıb.

Bir il bundan əvvəl 2015-ci il yanvarın 7-də “Charlie Hebdo” jurnalının Parisin mərkəzində yerləşən redaksiyasına hücum edilmişdi. “Əl-Qaidə” təşkilatında hazırlanan Səid və Şərif Kuaşi qardaşları binaya daxil olaraq atəş açıblar. Hücum nəticəsində 12 nəfər həlak olmuş, 11 nəfərsə yaralanmışdı. Ölənlər arasında nəşrin baş redaktoru Stefan Şarbonye də olmuşdu. Terrorçularsa iki gün sonra fransız əməliyyatçıları tərəfindən tutularaq məhv edilmişdi.

Şahidlərin sözlərinə görə, silahlılar ərəbcə “Məhəmməd peyğəmbərin qisasını aldıq. Allah böyükdür”, – deyə qışqırıblar.

Bu jurnal dəfələrlə Məhəmməd peyğəmbəri təhqir edən karikaturalar yaymaqla müsəlman aləmini qıcıqlandırıb.

Amma araşdırmalara görə, jurnal redaksiyasına hücumdan əvvəl “Charlie Hebdo”nun sonuncu “Dekabr 2014-Yanvar 2015” sayı Milad bayramına (İsanın doğulması) həsr olunub və orada xristianların da peyğəmbəri, eləcə də onun anası Məryəmi …read more

From:: ANS