Selfi oğruların başına bəla oldu (FOTO)

ABŞ-ın Kaliforniya ştatının Pasifik-Qrouv şəhərində oğrunun çəkdirdiyi selfi başına bəla olub.

ANS PRESS-in məlumatına görə, 18 yaşlı Viktor Almans Martines adlı oğrunun qurbanlarından biri ilə hadisə yerində çəkdirdiyi selfi polisin işinə yarayıb.

Belə ki, silahlı basqın və insan oğurluğunda təqsirli bilinərək axtarışda olan gəncin tutulmasına təkcə soyduğu qızla çəkdirdiyi selfi deyil, eyni zamanda onunla “Snapcahtda”kı yazışmaları kömək edib.

Polisin məlumatına görə, axtarışda olan gənc iki yoldaşı ilə birlikdə sakinlərin avtomobillərinə silahlı basqınlar təşkil edərək onları soymaqla məşğul olub.

Kaliforniya. Pasifik Qrouv şəhəri

Uzun müddətdir axtarışda olan gəncləri çəkdirdikləri selfilər ortalığa çıxana qədər tapmaq mümkün deyildi.
Bənzər hadisə Ukraynanın paytaxtı Kiyev şəhərində baş verib. Klubların birindən müştərilərin telefonlarını oğurlayan qızlara oğurladıqları telefonla selfi çəkdirmək baha başa gəlib. Belə ki, telefonla “Google”un sinxronlaşdırılması selfinin telefonun əsl sahibinə göndərilməsi ilə nəticələnib.

Oğurluqda təqsirli bilinərək həbs edilən qızın çəkdirdiyi selfi

Bununla da polis telefon oğrularını fotoşəkil vasitəsilə taparaq həbs edib. …read more

From:: ANS