Cenifer Lopezdən yeni film (VİDEO)

2016-cı ilin ilk günlərində – 7 yanvar tarixində daha çox ifaçı kimi tanınan Cenifer Lopezin rol aldığı “Mavinin çalarları” (“Shades of blue”) filminin dünya premyerası baş tutacaq.

ANS PRESS-in məlumatına görə, Harlee Santos adlı qəhrəmanı canlandıracaq müğənni təkbaşına övlad böyüdən valideyni canlandırır.

O həm də FBİ-nin korrupsiya şəbəsində işləyir.

Film kriminal janrındadır. Ekran işində Vincent Laresca, Ray Liotta kimi aktyorlar da yer alıb. Film bir neçə hissədən ibarət olacaq.

Cenifer Lopez 1994-cü ildən filmə çəkilir. Həmin il o, rejissor Qreqori Navanın “Mənim ailəm” bədii filminə çəkilir. Film tənqidçilər tərəfindən ruh yüksəkliyi ilə qarşılanır və Ceniferin aktyor talantını açır. Məhz bu roldan sonra o, Frensis Koppolanın “Cek” filminə dəvət edilir. “Cek” uğurlu layihə olmasa da, Lopezin karyerasına müsbət təsir göstərir.

1997-ci ildə çəkilən “Selena” filmində baş rolu almaq üçün Cenifer əsl yarışa qoşulur: o, 20 min qadının iştirak etdiyi müsabiqədə qalib gəlir və baş rola çəkilir. Lopes həmin film üçün milyon dollar qonorar alır və aktyorluq bacarığını göstərir. Bununla da Hollivud tarixində ən böyük qonorar alan Latın Amerika mənşəli aktrisaya çevrilir.

“Selena” təkcə karyera planında deyil, şəxsi həyatında da düşərli olur. Onun əsl şəxsi həyatı başlayır. Lopes Mayamidən olan ofisiant Ocani Noa ilə görüşür. Banketlərdən birində isə Noa mikrofonu alıb hamının gözü qarşısında rəqs meydançasında Ceniferdən onun həyat yoldaşı olmağı xahiş edir. Cütlük 1997-ci ilin əvvəlində evlənir. O zamana kimi əsl ulduz olduğunu anlamayan Lopez tezliklə məşhurluğu “dadır”. Qəzet və jurnallar evlilikdən iki ay sonra Lopez və Noanın ayrılacaqları barədə yazmağa başlayırlar. Həqiqətdə isə Lopezin ailəsi düz bir il sonra dağılır.

Xoşbəxtlikdən, populyarlıq Ceniferə təkcə xoşagəlməz sürprizlər gətirməyib. “Selena”nın ardınca Lopez bütün kassa rekordlarını qıran “Anakonda” filmində baş rollardan birinə çəkilib. Bir sözlə, 1997-ci il bütün mənalarda onun üçün düşərli olub.

Cenifer Lopez indi aktrisa, müğənni kimi karyerasının ən yüksək nöqtəsinə çatıb. Ən məşhur şirkətlər milyonlarla dollar qonorar ayıraraq Ceniferin onların məhsulunun reklamında çəkilməsinə çalışırlar (məsələn, Lopez məşhur “L’Oreal” …read more

From:: ANS