Daha iki neftçinin meyitinin tapıldığı ehtimal edilir

“Günəşli” yatağında qəza zamanı itkin düşmüş neftçilərdən daha ikisinin meyiti tapıldığı ehtimal edilir.

ANS PRESS-in məlumatına görə, meyitlər Türkmənistan sahilindən 65 km uzaqlıqda bu ölkəyə məxsus kursor gəmisi tərəfindən aşkar olunub. Meyitlərdən biri saat 14 radələrində, o birisi isə saat 17 radələrində tapılb.

Fövqəladə Hallar Nazirliyindən ANS PRESS-ə verilən məlumata görə, saat 14-də tapılan meyitin geyiminin üzərində “Azneft” yazısı var. Buna görə də onun Azərbaycan neftçisi olduğu təsdiqlənir. Amma saat 17-də tapılan meyitin əynində yalnız köynək və ayaqqabı var. Buna görə, türkmən tərəfi onun itkin düşmüş türkmən balıqçı ola biləcəyini ehtimal edir. Bir müddət əvvəl onlarda da balıqçılar itkin düşüb. Buna görə də meyitin DNT analizindən keçirilməsinə ehtiyac var.

Sabah tapılan meyiti vətənə gətirmək, digərinin analizində iştirak etmək üçün Azərbaycandan Türkmənistana nümayəndələr yola düşəcək.

Daha əvvəl, “Günəşli” yatağındakı 10 saylı dərin dəniz özülündə baş vermiş qəza nəticəsində itkin düşənlərdən birinin meyiti Xəzər dənizinin Türkmənistan sektorunda aşkar edilmişdi.

Meyiti aşkar olunan neftçi Qasımov İman Şura oğlunun cəsədi respublikaya gətirilib və aidiyyatı üzrə təhvil verilib.

Iman Qasımov – meyiti tapılan neftçi

Dekabrın 4-də axşam saatlarında “Günəşli” yatağındakı 10-cu dərin dəniz özülündə yanğın baş verib. SOCAR-dan verilən məlumata görə, yanğına səbəb güclü tufanın saat 17:40 radələrində yataqdakı 10-cu dərin dəniz özülündə qaz xəttini sıradan çıxarması olub.

Rəsmi məlumata görə, hadisə zamanı platformada 63 nəfər olub. Onlardan 8-nin meyiti tapılıb, 33 nəfər təxliyyə olunub, 22 nəfərin taleyi isə hələlik naməlumdur. Onlar itkin düşmüş elan edilib.

Hazırda axtarışları davam etdirilən şəxslər isə bunlardı:

1 Qasımov Mübariz Dilqəm o. 21.01.1958
2 Rzaxanov Edik Rivazin o. 15.01.1983
3 Babazadə Tural Fətəli o. 01.09.1993
4 Quliyev Əzizağa Nöhbala o. 16.09.1953
5 Rəsulov Elşad Balaoğlan o. 24.03.1971
6 Qasımov Bayram Mirzəağa o. 20.03.1978
7 Abdullayev Adil Ələkbər o. 19,02,1953
8 Əbdüləzizov Əbdüləziz İsmayıl oğlu 30.01.1954
9 Şirəliyev İzzət Qəmbər o. 10.05.1973
10 Nəcməddinov Qəmərşah Nəcməddin o. 20.09.1978
11 Niyazov Seyfəddin Abil o. 09.02.1968
12 İskəndərov İnqilab …read more

From:: ANS