Obama və Klinton İŞİD-i yaratmaqda ittiham olunurlar

ABŞ prezidentliyinə namizəd, respublikaçı milyarder Donald Tramp daha bir sensasiyalı çıxışı ilə gündəmə gəlib.

ANS PRESS-in məlumatına görə, Tramp bu dəfə Amerika prezidenti Barak Obamanı və Demokratlar partiyasından prezidentliyə namizəd, keçmiş dövlət katibi Hillari Klintonu İŞİD terror təşkilatını yaratmaqda ittiham edib.

“Orda yalançılar çoxdur. Hillari Klinton İŞİD terror təşkilatını Barak Obama ilə birlikdə yaradıb”, – deyə Tramp Misisipi ştatının Biloksi şəhərində çıxışı zamanı bildirib.

Donald Tramp həmçinin Səudiyyə Ərəbistanı şiə alim Nimr ən-Nimrin edam olunmasına etiraz edənlərin Tehranda bu ölkənin səfirliyinə hücüm etməsinə də münasibət bildirib. Trampın fikrincə, İran Səudiyyə Ərəbistanının neftini əldə etmək istəyir.

Amerikanın sabiq dövlət katibi və hazırda Demokratlar Partiyasından prezidentliyə namizədliyini irəli sürən Hillari Klintonla Donald Tramp arasında “söz müharibəsi” əvvəllər də olub.

Xanım Klinton bir müddət əvvəl “Tramp İŞİD-ə ən çox qüvvə toplayan şəxsdir” demişdi.

“İŞİD döyüşçüləri sıralarına daha çox cihadçı qatmaq üçün müsəlmanları ən çox təhqir edən Trampla bağlı videolar yayır”, – deyə Hillari Klinton fikrini açıqlamışdı.

Donald Trampın Barak Obama ilə də “düşmənçiliyi” xeyli müddətdir davam edir. Tramp bir neçə dəfə ABŞ prezidentini təhqir etməkdən belə çəkinməyib. Obamanı Ebola virusunun yayıldığı ərazilərdən gələnlərin ölkəyə buraxılmasına icazə verdiyinə görə özünün Twitter səhifəsində dəli adlandırmışdı.

“Mən fikirləşirəm ki, prezident psixi cəhətdən sağlam deyil. Niyə o buna qadağa qoymadı? Ağılsız!”, – deyə Tramp bildirmişdi.

Barak Obama – ABŞ prezidenti

Donald Tramp müsəlmanlara nifrəti ilə də gündəmə gəlib. Az müddət əvvəl o, müsəlmanları ölkəyə buraxmamağa çağırmışdı. Trampa görə, müsəlmanların müəyyən hissəsinin amerikanlara nifrət bəsləməsi yeni hücumlara səbəb ola bilər. “Hələ ki bunun səbəbi bəlli deyil, ABŞ vətəndaşları yalnız cihada inanan insanların qurbanlarına çevrilməməlidirlər” deyə onun bəyanatında yazılmışdı. Bu isə müsəlman dünyasında böyük rezonans doğurmuşdu.

Dünya ictimaiyyəti, həmçinin amerikalılar tərəfindən fikirləri elə …read more

From:: ANS