Rusiyalı nazir türk hakerlərin hədəfində

Rusiyanın rabitə naziri Nikolay Nikiforovun “İnstaqram” səhifəsi türk hakerlərin hücumuna məruz qalıb.

ANS PRESS-in məlumatına görə, türk hakerlər səhifəni dağıdaraq buradaTürkiyənin bayraqlarını, vurulan rus qırıcısı “Su 24”-ün və Atatürkün fotolarını yerləşdiriblər. Nikiforovun “İnstaqram” səhifəsinin “Börteçine Siber Tim” türk haker qrupu tərəfindən sındıbarədə məlumat yanvarın 3-də gecə saatlarında yayılıb. Saat 10:00-a olan məlumata görə Nikoforovun “İnstagram”ına giriş bərpa olunmayıb.

Nikolay Nikiforovun haker hücumuna məruz qalan “İnstaqram” səhifəsi

Türkiyə ilə Rusiya arasında münasibətlər 2015-ci ilin noyabrın 24-də Türkiyə-Suriya sərhədində türk hava müdafiəçilərinin Rusiyaya məxsus “Su 24” qırıcı təyyarəsini vurmasından sonra gərginləşib. Bundan sonra rəsmi Moskva Türkiyəyə qarşı bir sıra iqtisadi sanksiyalar tətbiq edib. Tur agentliklərə Türkiyəyə turist göndərmək qadağan edilib, həmçinin bu ölkədən meyvə-tərəvəz gətirilməsi dayandırılıb. Artıq türk şirkətləri Rusiyanın turizm, tikinti sahələrində fəaliyyət göstərmək imkanından məhrumdur.

Türk hakerlərin hədəf olaraq məhz Rusiyanın rabitə nazirinin sosial şəbəkədəki səhifəsini seçməsi təsadüfi deyil. Onlar bununla çox güman ki, hətta ölkənin kommunikasiya sahəsində ən birincilərinin imkanlarını yox etmək bacarıqlarını nümayiş etdiriblər.

How happy is the one who says I am Turk Ne Mutlu Türk’üm Diyene! MUSTAFA KEMAL ATATÜRK “Börteçine Siber Tim”

Фото опубликовано Николай Никифоров (BST) (@nnikiforov) Янв 2 2016 в 4:14 PST

Turkish Air Force! F-16 🙂 #BortecineTim

Фото опубликовано Николай Никифоров (BST) (@nnikiforov) Янв 2 2016 в 5:34 PST

Türk hakerlərinin rus nazirinin İnstaqramında yerləşdirdiyi fotolar

Bundan əvvəl 2015-ci ilin dekabrında Yaponiyanın baş naziri Şinzo Abenin rəsmi saytı hakerlərin hücumuna məruz qalmışdı. Sayta giriş tamamilə bağlanmışdı. Hücumun “Anonymous” beynəlxalq hakerlər qrupu tərəfindən həyata keçirildiyi güman edilirdi. Yapon baş nazirin səhifəsinin dağıdılmasının səbəbləri barədə isə heç bir məlumat verilmirdi.

Yaponiyanın baş naziri Şinzo Abe …read more

From:: ANS