İranda Səudiyyə səfirliyi yandırıldı

Tehran sakinləri bu şəhərdə yerləşən Səudiyyə Ərəbistanı səfirliyinə hücüm ediblər.

ANS PRESS-in məlumatına görə, din alimi Nimr əl-Nimrin ötən gün Səudiyyə Ərəbistanında edam edilməsindən sonra İranda buna qarşı etirazlar başlayıb.

Etirazlar zamanı Səudiyyə Ərəbistanının səfirliyinə hücüm edilməsi haqda məlumat “Twitter” sosial şəbəkəsində yayılıb. Bəzi şəkillərdə səfirliyinin binasının yandığı, bəzilərində isə səfirliyin içərisində ki otaqlarda mebellərin sındırıldığı görünür.

Iranians angry at Sheikh Nimr execution attack Saudi embassy in Tehran with petrol bombs, ransack building. pic.twitter.com/GCkeAbKoPY

— Rori Donaghy (@roridonaghy) 2 января 2016

BREAKING #saudi embassy attacked in #Tehran minutes ago pic.twitter.com/Hxbc8h1N8S

— Farahmand Alipour (@FarahmandAlipur) 2 января 2016

Səudiyyə Ərəbistanının Tehrandakı səfirliyi

ISNA xəbər agentliyinin məlumatına görə, polis qüvvələri etirazçıları səfirliyin binasından çıxara bilib, lakin diplomatik nümayəndəliyin yaxınlığında hələ də çoxlu sayda insanların olduğu bildirilir.

Reuters-in məlumatına görə, insident ilə bağlı İranın xarici işlər nazirliyi (XİN) iranlıları səfirlik əməkdaşlarına hörmət etməyə çağıran bəyanat yayıb.

Yanvarın 2-də Səudiyyə Ərəbistanında terrorçuluqda ittiham edilən 47 nəfər arasında din alimi Nimr Əl-Nimrənin edam edilməsi regionun bir sıra ölkələrində etirazlara səbəb olub. Etirazçılar Səudiyyə Ərəbistanın özündə, Bəhreyndə və İran öz hiddətlərini nümayiş etdiriblər.

İran məclisi ölkənin xarici işlər nazirliyini Səudiyyə ilə diplomatik münasibətlərin səviyyəsini aşağı salmağa çağırıb. Hadisə ilə bağlı İran XİN-i Ər-Riyada nota verib. İslam İnqilabı keşikçiləri bəyan edib ki, Səudiyyə Ərəbistanındakı hakim Səud sülaləsinin əməllərinə görə cavab verəcək.

Bütün bunlara cavab olaraq Səudiyyə Ərəbistanında iran səfiri ölkənin xarici işlər nazirliyinə çağırılıb. Səfirə etiraz notası təqdim edilib və İrandan Səudiyyənin qərarına verilən reaksiyanın çox “aqressiv” olduğu, Tehranın bu davranışlarının Səudiyyə Ərəbistanında ölkənin daxili işlərinə qarışmaq kimi qiymətləndirildiyi bildirilib. İran səfirindən həmçinin Səudiyyənin İrandaki diplomatik nümayəndəliyinin təhlükəsizliyinin təmin olunması xahiş olunub.

Avropa İttifaqının xarici siyasət üzrə rəhbəri Federika Moqerini və ABŞ dövlət departamentinin nümayəndəsi …read more

From:: ANS