Sabah yollar buz bağlayacaq

Yanvarın 3-də Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə havanın yağıntılı olacağı, qar yağacağı, gün ərzində havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Arabir güclənən şimal-qərb küləyi səhər və gündüz mülayimləşəcək. Hava temperaturunun gecə 3-6° şaxta, gündüz 1-3° isti olacağı gözlənilir. Gecə və səhər yolların buz bağlayacağı ehtimal olunur.

ANS PRESS ölkənin bölgələrində gözlənilən hava şəraitini təqdim edir:

Naxçıvan Muxtar Respublikasında bəzi yerlərdə qar yağacağı, gündüz əsasən yağmursuz keçəcəyi gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq, qərb küləyi əsəcək. Havanın temperaturu gecə 8-13° şaxta, dağlıq ərazilərdə 17-20° şaxta, gündüz 3° şaxtadan 2°-dək isti, bəzi yerlərdə 5°-dək isti olacaq. Yollar buz bağlayacaq.

Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər və Daşkəsən – Gədəbəy rayonlarında arabir qar yağacağı, duman olacağı, havanın gündüz əsasən yağmursuz keçəcəyi gözlənilir. Qərb küləyi arabir güclənəcək, yollar buz bağlayacaq, havanın temperaturu gecə 10-15° şaxta, gündüz 0-5° şaxta olacaq.

Qazax, Gəncə, Göranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında bəzi yerlərdə qar yağacağı, duman olacağı, gündüz əsasən yağmursuz keçəcəyi gözlənilir. Qərb küləyi arabir güclənəcək, yollar buz bağlayacaq. Hava temperaturunun gecə 4-9° şaxta, gündüz 2° şaxtadan 3°-dək isti olacağı gözlənilir.

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Xaçmaz, Qusar rayonlarında arabir qar yağacaq, gündüz tədricən kəsiləcək. Ayrı-ayrı yerlərdə duman olacaq, qərb …read more

From:: ANS