BBC-yə hücum edənlər məlum oldu

“New World Hacking” haker qrupu Böyük Britaniyanın BBC şirkətinin saytına hücuma görə məsuliyyəti öz üzərinə götütüb.

ANS PRESS-in məlumatına görə, bu haqda “New World Hacking” qrupu öz “Twitter” səhifəsində xəbər yayıb.

Haker qrupu ABŞ-da İŞİD-lə virtual mübarizə apardığını iddia edir.

“Telegraph” qəzetinin yaydığı məlumatda bildirilir ki, haker qrupu bu hücumla sistemlərinin işləyib – işləməməsini yoxlayıblar.

Şirkətin saytında yaranan problem

“Biz BBC-ni özümüzə hədəf seçdik. Onların serverinin güclü olub-olmamasını yoxladıq”, – deyə “New World Hacking” haker qrupu “Twitter” səhifələrində yazıb. Hakerlər bildiriblər ki, İŞİD terror təşkilatı və onları dəstəkləyən saytlar həmişə hədəfdədirlər.

Didn’t know our attack made the news
https://t.co/uBwa0vdUAD | #Offline | 600 GBps |
https://t.co/Bo3TO4Xga3

@BBC @AboutTheBBC @BBCBreaking

— New World News (@NewWorldHacking) 31 декабря 2015

Hakerlərin “Twitter”-də yazdıqları status

BBC teleyayım korporasiyası isə məsələni şərh etmir.

Qrup üzvülərindən birinin BBC-nin texnologiyalar üzrə müxbiri Cellan-Consa verdiyi məlumata görə, xakerlərin bu hücumu sadəcə test xarakteri daşıyıb.

Breaking – US-based group calling itself New World Hacking claims it carried out BBC DDoS. Usually targets IS but was “testing” its systems

— Rory Cellan-Jones (@ruskin147) 2 января 2016

Cümə axşamı Britaniya teleradioyayım korporasiyasını BBC–nin saytı haker hücumuna məruz qalıb. Bu səbəbdən sayt bir neçə saat bloklanıb.

Yeni il ərəfəsində sayta daxil olmaq istəyən oxucular problemlə üzləşiblər. …read more

From:: ANS