ABŞ Avropanı isitməyə başlayır

ABŞ “qara qızıl”ın ixracına qoyduğu 40 illik embarqodan sonra öz neftini ilk dəfə olaraq xaricə çıxarıb. ANS PRESS-in məlumatına görə, “ConocoPHillips” şirkətinə məxsus neftlə dolu tanker Texas ştatının Korpus-Krisi şəhərindən İtaliya limanlarından birinə doğru istiqamət götürüb. Bu neft partiyası İsveçrə-Niderland birgə şirkəti “Viol” üçün nəzərdə tutulub. ABŞ yaxın günlərdə sözügedən ünvana daha bir tanker göndərəcək.

Amerikanın ehtiyatlarında 695 milyon barel neft var və Vaşinqton onun 8%-ni satmağı planlaşdırır. Qanun layihəsinə müvafiq olaraq, əldə edilən gəlirlər saxlanılmaq üçün Maliyyə Nazirliyinin ümumi fonduna veriləcək. …read more

From:: ANS