Ərdoğan administrasiyası: Prezidentin sözləri təhrif edilib

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın “Hitler Almaniyası” ilə bağlı veridiyi açıqlamanı Türkiyə prezident administrasiyası şərh edib.

ANS PRESS-in məlumatına görə, administrasiyanın açıqlamasında bildirilir ki, Ərdoğanın sözləri təhrif edilib.

“Prezident Hitlerin deyil, Almaniyanın idarəçilik sistemindən danışıb. Prezident idarə üsulu o demək deyil ki, ölkə federallaşmalıdır. Həm parlament, həm də prezident idarə üsulunda ədalət daha önəmlidir”.

Türkiyə prezidenti Səudiyyə Ərəbistanından səfərdən qayıtdığı zaman jurnalistlərə verdiyi açıqlamada ölkədə yaradılacaq yeni idarə üsulundan danışmışdı.

““Unitar dövlətdə prezident sistemi ola bilməz” deyə bir şey yoxdur. Hazırda bunun dünyada nümunəsi var, keçmişdə də olub. Hitler Almaniyasına baxdığınızda orada da bunu görürsünüz, müxtəlif ölkələrdə də bunun nümunələrini görmək olar. Əsas odur ki, prezident dövlətində xalqı narahat edən sistem olmasın. Ədalət olanda, çətinlik olmayacaq”, – Ərdoğan qeyd edib.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın jurnalistlərə açıqlaması

Ərdoğanın Hitler Almaniyasını yaxşı bir örnək kimi göstərməsi dünya mediasında geniş müzakirə mövzusuna çevrilib.

Bir çox qərb mətbuat orqanları dünyada ilk dəfə Ərdoğanın konstitusiya dəyişikliyi üçün Hitlerin idarəçilik modelini təriflədiyinə rast gəlindiyini yazıblar.

Son vaxtlar Türkiyə ilə münasibətləri gərginləşdiyi Rusiya rəsmiləri Ərdoğanın bu açıqlamasını şərh ediblər. Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova öz “Facebook” səhifəsində Ərdoğanın açıqlaması haqda xəbəri paylaşaraq “Artıq bir çox şey aydınlaşır” sözlərini yazıb.

СМИ:”Президент Турции Тайип Реджеп Эрдоган назвал Германию времен правления Гитлера примером эффективной президентской системы, передает Reuters”Многое становится понятным, кстати.

Опубликовано Марией Захаровой 1 января 2016 г. …read more

From:: ANS