Qubada gənc həmkəndlisini bıçaqladı

Qubanın Rustov kəndində bıçaqlanma hadisəsi baş verib.

ANS PRESS-in məlumatına görə, 2 həmkəndli arasında yaranan şəxsi münaqişə zəminində baş verən mübahisə birini xəstəxanalıq edib, birinin yolunu isə polis şöbəsindən salıb. Quba Polis Şöbəsinin (PŞ) müstəntiqi Sərxan Ramazanovun verdiyi məlumata görə, 26 yaşlı kənd sakini Mikayıl Musayev həmkəndlisi 21 yaşlı Kamran Baxışov tərəfindən bıçaq xəsarəti alıb. Bud nahiyəsindən xəsarət alan Mikayil Musayev Quba Rayon Mərkəzi Xəstəxanasının Cərrahiyyə şöbəsinə çatdırılıb.

Bıçaqlanan şəxsin qardaşı Pərviz Musayev hadisəni törədən Kamran Baxışova layiqli cəza verilməsini tələb edir.

Quba PŞ-də faktla bağlı araşdırmalar başlanılıb.

Pərviz Musayev – bıçaqlanan şəxsin qardaşı

Quba Rayon Mərkəzi Xəstəxanası …read more

From:: ANS